Icma.az
close
up
RU
Londonda Azərbaycan Britaniya peşəkarları arasında süni intellekt mövzusunda konfrans keçirilib

Londonda Azərbaycan Britaniya peşəkarları arasında süni intellekt mövzusunda konfrans keçirilib

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Londonda Azərbaycan–Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Süni intellekt və daha geniş perspektivlər: səhiyyə, mühəndislik və elmin transformasiyası Azərbaycan–Britaniya əməkdaşlığı kontekstində” mövzusunda konfrans keçirilib.

525.az xəbər verir ki, Azərbaycan–Böyük Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri, uşaq cərrahı İlhamə Cəfərli süni intellekt texnologiyalarının səhiyyə, mühəndislik və elmi-tədqiqat sahələrində innovativ yanaşmaların formalaşmasına mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, tədbir Azərbaycan və Böyük Britaniya arasında elmi və peşəkar əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır.

“City of London”un keçmiş Lord meri Devid Vutton çıxış edərək konfransın əsas məqsədlərindən, Azərbaycan və Britaniya peşəkarları arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.

Panel müzakirələrdə Böyük Britaniya və Avropanın aparıcı universitetləri, tədqiqat mərkəzləri və texnologiya şirkətlərini təmsil edən mütəxəssislər iştirak ediblər. Çıxışlarda süni intellektin səhiyyədə diaqnostika və müalicə proseslərinə təsiri, mühəndislik və elmdə məlumat əsaslı innovasiyalar, eləcə də rəqəmsal texnologiyaların gələcək perspektivləri müzakirə olunub. Tədbirdə, həmçinin Azərbaycan Tibb Universitetinin prorektoru Məlahət Sultanova çıxış edib, NICE, “Imperial College London”, King’s College London, “Halliburton”, UCLH NHS, eləcə də digər beynəlxalq qurumların nümayəndələri təmsil olunub.

Tədbir çərçivəsində AABP ilə Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi (AMD) və “Universal Hospital” arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Bu sənədlər səhiyyə və elmi-tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova çıxış edərək Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. O bildirib ki, son illər ölkəmizdə süni intellektin tətbiqi dövlət idarəçiliyi, səhiyyə, təhsil və innovasiya ekosisteminin inkişafı istiqamətində prioritet sahələrdən birinə çevrilib.

Sonda müxtəlif sahələrdə fərqlənən iştirakçılara və tərəfdaşlara mükafatlar təqdim olunub, həmçinin tədbirin uğurla keçirilməsinə töhfə verən şəxslər təltif edilib.

Qeyd edək ki, konfrans Londonda yerləşən “Bakers’ Hall”da keçirilib. Bu məkan “City of London”un ən qədim tarixi zallarından biri olmaqla, orta əsrlərdən bəri fəaliyyət göstərən peşə gildiyalarının mərkəzlərindən sayılır və şəhərin tarixi-mədəni irsinin mühüm hissəsini təşkil edir (AZƏRTAC).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri