Icma.az
close
up
RU
AMEA da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi praktik konfrans keçirilib

AMEA da “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi praktik konfrans keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açaraq Milli Məclisin yaz sessiyasının gündəliyinə uyğun olaraq keçirilən, aktual mövzuya həsr olunmuş konfransın elmi əhəmiyyətini qeyd edib. O, iqlim dəyişiklikləri, ekoloji böhranlar və təbii resursların azalmasını bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən olduğunu söyləyib. Bildirib ki, atmosferin və ətraf mühitin çirklənməsi, biomüxtəlifliyin azalması, su qıtlığı, iqlim dəyişiklikləri və s. planetimizin tarazlığına birbaşa təsir edən amillərdir.

Komitə bu tədbirin Beynəlxalq Biomüxtəliflik Günündə keçirilməsinin təsadüfi olmadığını bildirərək, bu əlamətdar günün əsas məqsədinin dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək olduğunu vurğulayıb.

Ulu Öndər Heydər Əliyevin təbiətin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına xüsusi önəm verdiyini deyən Sadiq Qurbanov qeyd edib ki, Ümummilli Lider biomüxtəlifliyin qorunmasını Azərbaycanın ekoloji siyasətinin mühüm tərkib hissəsi kimi görürdü. Böyük şəxsiyyət təbiətə vurulan hər hansı zərəri yalnız ekoloji fəlakət deyil, həm də milli sərvətə qarşı hörmətsizlik kimi dəyərləndirirdi.

Prezident İlham Əliyevin Bakıda keçirilən COP29 tədbiri çərçivəsində söylədiyi “Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır” sözlərini xatırladan Sadiq Qurbanov hazırda ölkəmizdə ekoloji təhlükəsizliyi təmin etmək və təbii sərvətlərdən səmərəli istifadə etmək üçün rəqəmsal texnologiyaların tətbiqinin genişləndirildiyini vurğulayıb. Bildirib ki, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonaları” elan edilməsi bu istiqamətdə atılmış mühüm addımdır.

“Azərbaycanın yaşıl öhdəlikləri ekoloji dayanıqlığı artırmaq, karbon emissiyalarını azaltmaq və bərpaolunan enerji mənbələrindən istifadəyə keçidi sürətləndirmək məqsədi daşıyır”, - deyən komitə sədri ölkəmizin bu sahədə bir sıra beynəlxalq və milli təşəbbüslərə qoşulduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı hədəfləyir.

Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması, süni intellekt və rəqəmsal inkişafla bağlı ölkənin çağırışlarına cavab verən əhəmiyyətli müzakirələrin aparılması baxımından tədbirin əhəmiyyətini qeyd edib.

“Yaşıl dünya naminə həmrəylik ili”nin ölkəmizdə uğurlu olduğunu və Azərbaycanın COP29 konfransına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən AMEA rəhbəri vurğulayıb ki, COP29 tədbiri sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də ölkənin beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda tarixi bir addım oldu. Bu konfrans Azərbaycanın təkcə müşahidəçi deyil, qlobal çağırışlara cavab verən bir lider olduğunu bütün dünyaya sübut etdi. COP29 Qarabağın azad edilməsindən sonra Azərbaycanı dünyaya yeni obrazda təqdim etdi.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan elmi COP29 tədbiri və “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni ideyalarla, yeni istiqamətlərlə yanaşı, yeni terminologiya ilə zənginləşib. COP29 Azərbaycan elminə ondan əvvəlki dövrlərdə heç zaman səslənməyən yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl artım, yaşıl texnologiyalar və digər terminlər, yeni anlayışlar gətirib.

O, cari ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərmanının “Yaşıl dünya naminə həmrəylik ili” strategiyası ilə bir-birini tamamladığını və yeni mərhələni şərtləndirdiyini bildirib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli tədbir zamanı irəli sürüləcək müddəa və təkliflərin, müzakirə obyekti olacaq məsələlərin Milli Məclisdə bu istiqamətdə yeni qanunvericilik layihəsinin hazırlanması prosesinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovanın və İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovun mövzu üzrə məruzələri dinlənilib.

Konfransda, həmçinin AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Məclisin deputatı Nigar Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zeynalov və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) departament direktoru, professor Zahid Məmmədov çıxış edərək yaşıl dünyanın mühafizəsinə, yüksək texnologiyaların tətbiqi ilə bağlı qlobal çağırışların elmi baxımdan müzakirəsinə həsr edilmiş tədbirin önəminə toxunublar. Qeyd olunub ki, müzakirələr elmi-innovativ yanaşmaların, planların və qanunvericilik aktlarının milli strategiyalara uyğun şəkildə formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda tədbir iştirakçıları AMEA-nın Nadir ağaclar parkına baxış keçiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri