Icma.az
close
up
RU
Abbas Abbasov: BTQ müstəmləkə altında yaşayan xalqların mübarizələrinə daim dəstək verir

Abbas Abbasov: BTQ müstəmləkə altında yaşayan xalqların mübarizələrinə daim dəstək verir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının nazirlər toplantısında təsis olunmuş Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə əsarəti və neokolonializm rejimi altında yaşayan xalqların azadlıq və müstəqillik uğrunda mübarizələrinə daim və qətiyyətlə dəstək verir, həmrəyliyi və praktiki yardımı özünə öhdəlik kimi qəbul edir".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin Afrikaəsilli Xalqların Daimi Forumunun 4-cü sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Afrika və Afrika mənşəli xalqlar da müstəmləkəçiliyin törətdiyi faciələrdən kənarda qalmayıb.

Abbas Abbasovun sözlərinə görə, yaşamaq, azadlıq, bərabərlik, mədəni kimlik və dekolonizasiya hüquqları imtiyaz deyil. "Bunlar BMT Nizamnaməsində, Qoşulmama Hərəkatının Bandunq prinsiplərində və digər bir çox beynəlxalq sənədlərdə təsbit olunmuş ümumbəşəri insan hüquqlarıdır. Buna baxmayaraq, bir çox Afrika ölkələri və Afrika mənşəli insanlar üçün bu hüquqlar hələ də reallıqdan çox arzu olaraq qalmaqdadır. Son iki il ərzində təşkilatımız təxminən 30 beynəlxalq konfransa ev sahibliyi edib",- deyə o əlavə edib.

Təşəbbüs Qrupunun icraçı direktoru əlavə edib ki, müstəmləkəçilik irsinin sadalanan mənfi təsirləri hələ də müstəmləkə siyasətindən əziyyət çəkən Qvadelup, Martinik, Boneyra, Sen Martin, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Reyunyon, Mayot, Korsika və digər ərazilərdən olan müstəqillik hərəkatlarının nümayəndə və liderlərini, dekolonizasiya üzrə ekspertləri və tədqiqatçıları bir araya gətirib: "Bu gün biz burada yalnız tarixi müzakirə etmirik, həm də gələcəyi formalaşdırırıq. Bu forum tarixən kənarda qalmış Afrika mənşəli xalqların səslərinin qlobal miqyasda eşidilməsi üçün mühüm bir platformadır".

Abbas Abbasov forum çərçivəsində Bakı Təşəbbüs Qrupunun "Dekolonizasiya: Sakit İnqilab" adlı yan tədbir təşkil edəcəyini bildirib və iştirakçıları konfransa dəvət edib. O sonda əlavə edib ki, bu mübarizə təkcə keçmişin səhvlərini üzə çıxarmaq üçün deyil, daha ədalətli, daha inklüziv və insan hüquqlarına hörmət edən bir gələcəyin qurulmasına yönəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 03:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri