Abbas Hüseynov: “Qarşıdakı matçlarda daha yaxşı oynayıb qələbələr qazanacağıq”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Əgər istək və xarakter varsa, vuruşacaqsan. Vuruşdunsa, Allah tərəfindən mükafatlandırılacaqsan. Ona görə də hər oyuna çıxıb bunu etmək lazımdır”.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Abbas Hüseynov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Futbolçu qazanılan bir xalın gələcək oyunlar üçün yüksək motivasiya yaradacağını qeyd edib: “Uduzmayan rəqib yoxdur. Sadəcə istək lazımdır. Qələbə qazanmasaq da, bir xal əldə etdik. Ağır oyun keçdi. Bundan da yaxşı nəticə ola bilərdi. Sadəcə özümüzə güvəni artırmalıyıq. Bir xal bizə kifayət deyil. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb qələbələr qazanacağıq”.
Qeyd edək ki, Azərbaycan - Ukrayna millilərinin görüşü 1:1 hesabı ilə bitib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 11 Sentyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















