Icma.az
close
up
RU
Abdal Gülablı obasının qürur və ehtiram ünvanı

Abdal Gülablı obasının qürur və ehtiram ünvanı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağdam rayonunun Abdal-Gülablı obasında şəhidlərin xatirəsinə ucaldıl­mış abidə kompleksi Zəfər sevinci, doğ­ma yurda bağlılıq və qəhrəmanlara eh­tiram nümunəsidir.

Qarabağ Zəfərinin 6-cı ildönümü gün­lərində Abdal-Gülablı şəhidlərinin xatirə­sinə ucaldılmış abidə kompleksinin açılışı olub. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan “Böyük gün” adlı məclisdə şəhid ailələri, qazilər, kənd sakinləri və qonaqlar iştirak ediblər. 

Abidə önünə toplaşan şəhid ailələrin­dən Lumunə Abbasova, Almara Nəbi­yeva, İlham Xammədov, Həbib Quliyev, Vəfa İbrahimova və Gülbəniz Abbasovanı ortaq xatirələr, itkilərin ağrısı və qazanıl­mış Zəfərin qüruru birləşdirib. Şəhidlərin adlarının əbədiləşdiyi bu məkanda onların ömür yoluna, ailələrinin yaşadığı həsrətə və xalqımızın yaddaşında tutduqları yerə nəzər salınıb. Hər adın arxasında bir in­san taleyinin, yarımçıq qalmış arzuların və doğmalarının qəlbində yaşayan xatirələrin dayandığı vurğulanıb.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş­layıb. Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin əziz xa­tirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Kompleksin önünə əklil və gül dəstələ­ri qoyulub, qəhrəmanların xatirəsi ehti­ramla anılıb. Şəhid ailələri, qazilər və kənd sakinləri abidəni ziyarət edərək elin Vətən uğrunda həyatından keçmiş övladlarını yad ediblər.

Mərmər lövhələrə həkk olunmuş adlar Abdal-Gülablı kəndinin tarixinin, ailələrin xatirələrinin bir parçasıdır. 

Abidənin ərsəyə gəlməsində kənd sa­kinlərinin, könüllülərin zəhməti və təşəb­büsə dəstək göstərən insanların böyük köməyi olub. Sakinlər şəhidlərin xatirə­sinin əbədiləşdirilməsini mənəvi borc bi­liblər. Bu işdə göstərilən birlik doğma elə bağlılığın konkret əmələ çevrilməsi kimi dəyərləndirilib.

İlham Hüseynov, Şəmsəddin Talıbov, Qəhrəman Hüseynov, Elxan Zeynalov və Aidə İbrahimova çıxış edərək kompleksin yaradılması ideyasından və görülən işlərin mənəvi əhəmiyyətindən danışıblar. Onlar bildiriblər ki, əsas məqsəd Abdal-Gülablı kəndinin şəhidlərinin xatirəsini yaşatmaq, Vətən uğrunda canından keçmiş insanların adlarını əbədiləşdirmək və gələcək nəsil­lərə miras qoymaq olub. Bu təşəbbüsün həyata keçirilməsində kənd sakinlərinin birliyini xüsusi qeyd ediblər. Onların söz­lərinə görə, könüllülərin zəhməti və dəstək göstərən insanların xeyirxahlığı sayəsində ərsəyə gələn kompleks bütün elin ortaq dəyəridir. 

Təşkilatçılardan Nigar Tağıyeva, Natiq Tağıyev, Habil Cəfərov kompleksin yara­dılmasında əməyi olan hər kəsə təşəkkür ediblər.

Şəhid ailələrinə göstərilən ehtiram mərasimin əsas mənəvi xəttini təşkil edib. Övladını, həyat yoldaşını, atasını və ya qardaşını itirmiş insanların ağrısının heç bir sözlə tam ifadə olunmayacağı, onların itkisinin yerinin doldurulmayacağı qeyd edilib. Bununla yanaşı, xatirəyə sədaqətin, səmimi diqqətin və qayğının bu ailələrin kədərinə şərik olmağın mühüm yolların­dan olduğu vurğulanıb.

Abidə kompleksinin açılışı şəhid ailələri üçün doğmalarının adlarının el yaddaşında yaşadılmasının ifadəsidir. Ömürləri yarımçıq qalan insanların xatirə­sinin qorunması nəsillər arasında mənəvi bağlılığı da möhkəmləndirir. 

Vətənə, şəhidlərə həsr olunan poetik nümunələrdə torpağa bağlılıq, qəhrəman­ların unudulmazlığı və doğma yurdun sa­bahına inam ifadə edilib. “Abdal-Gülablı kəndinə qayıdış” adlı kompozisiyada ağ­saqqal, gənc və məktəbli obrazları vasitə­silə keçmişin xatirələri, bugünün məsuliy­yəti və gələcəyin arzuları təqdim olunub.

Ağsaqqalın dilindən səslənən fikir­lərdə doğma yolların, bulaqların, evlərin yaddaşda qalan izləri və uzun illər yaşanan yurd həsrəti əksini tapıb. Bu xatirələr insa­nın doğulduğu torpağa bağlılığının zaman keçdikcə itmədiyini, ailələrdə danışılan söhbətlərdə və yaddaşlarda qorunduğunu göstərib.

Gənc obrazı böyüklərindən eşitdiyi xatirələrdə Abdal-Gülablı kəndini tanıyan nəslin düşüncələrini ifadə edib. Onun söz­lərində doğma yurdun tarixini öyrənmək, bu tarixi yaşatmaq və kəndin gələcəyinə töhfə vermək istəyi önə çıxıb. Məktəblinin dilindən isə şəhidlərin adlarını öyrənmək, bayrağı sevmək və Vətəni qorumaq arzusu səsləndirilib.

Kompozisiya doğma yurda bağlılığın nəsildən-nəslə necə ötürüldüyünü göstə­rib. Böyüklərin yaddaşında yaşayan Ab­dal-Gülablı gənclərin məsuliyyətində və uşaqların gələcəyə dair arzularında dava­mını tapıb. Bu baxımdan abidə kompleksi gənc nəsil ortaq tarix ətrafında birləşdirən məkan kimi təqdim olunub.

Bədii proqramda muğam müsabiqəsi laureatları, xanəndələr Səriyyə Pirimova, Rəvanə Vəliyeva, Siyavş Səyyafoğlunun ifaları da yer alıb. Musiqi nömrələri məra­simin duyğusal ovqatını tamamlayıb, işti­rakçılara həm xatirələrin kövrəkliyini, həm də Zəfərin qürurunu yaşadıb.

Dövlət Bayrağı Gününə həsr olunan hissədə üçrəngli bayrağımızın milli kim­liyimizin, müstəqilliyimizin və dövlətçi­liyimizin rəmzi olduğu vurğulanıb. Onun altında birləşən insanların doğma torpağa sevgisi, azad və firavan gələcəyə ümidi ifadə olunub.

Abdal-Gülablı səmasında dalğalanan bayraq həmin gün mərasim iştirakçıları üçün xüsusi məna daşıyıb. Şəhidlərin ad­larının həkk olunduğu komplekslə yanaşı ucalan üçrəngli bayraq onların uğrunda mübarizə apardıqları dəyərləri xatırladıb. Bu mənzərə Zəfərin sevincini şəhidlərə minnətdarlıq hissi ilə birləşdirib.

“Böyük gün” mərasimi Abdal-Gülab­lı sakinlərinin öz keçmişinə sahib çıxmaq və gələcəyini birlikdə düşünmək istəyini nümayiş etdirib. Kompleksin yaradılması üçün göstərilən həmrəylik mərasim boyu səslənən fikirlərdə, şəhid ailələrinə müna­sibətdə və insanların doğma yurda bağlılı­ğında öz əksini tapıb.

Abdal-Gülablı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi bundan son­ra kəndin qəhrəmanlıq tarixini öyrənmək və Vətən uğrunda həyatını itirən insanları anmaq üçün ziyarət yeri olacaq. İllər son­ra bu lövhələr qarşısında dayanan uşaqlar burada yazılan adların kimlərə məxsus olduğunu soruşacaqlar. Onlara danışılan hər bir həyat hekayəsi şəhidlərin xatirəsi­ni yaşadacaq, doğma torpağın tarixini yeni nəsillərin yaddaşına köçürəcək.

Məclisin təşkilatçılarından olan Ab­dal-Gülablı kənd sakini, şəhid bacısı Nigar Tağıyeva bildirib ki, azad olunmuş doğma kəndlərində belə bir böyük layihəyə imza atmalarından fəxr edirlər: 

– İgidlərimizin xatirəsinin əbədiləş­dirildiyi bu məkanda doğma kəndimizin sakinləri ilə, şəhid ailələri ilə bir yerdə ol­maq fəxarət hissi yaradır. Bizi kəndimizdə bir araya gətirən səbəb təkcə bir abidənin açılışı deyil. Bu gün biz keçmişimizə eh­tiramımızı, bu günümüzə minnətdarlığımı­zı, gələcəyə inamımızı ifadə etmək üçün bir araya gəldik. Bu barədə danışmaq çox ağırdır, ancaq şərəflidir. Bu şərəfi bizə ya­şadan şəhidlərimizə Allahdan rəhmət, Ali Baş Komandanımız İlham Əliyevə, rəşa­dətli Ordumuza və dəyərli xalqımıza ürək­dən təşəkkür edirik. 

Almara NƏBİYEVA,
Bakı Dövlət Universiteti “Dədə Qorqud” laboratoriyasının müdiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri