Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı
Icma.az bildirir, Medicina portalına istinadən.
Səhiyyə Menecmenti Forumu 2026-ya son 3 gün qalır: “İdarəetmənin Anatomiyası” Bakıda sektor liderlərini bir araya gətirəcək.
Azərbaycanda səhiyyə və xəstəxana idarəetməsi sahəsində ilk ixtisaslaşmış forum olan Səhiyyə Menecmenti Forumu 2026-nın başlamasına cəmi 3 gün qalıb. Facemark və From Science to Health şirkətlərinin birgə təşkilatçılığı, TƏBİB-in strateji tərəfdaşlığı ilə keçiriləcək tədbir 26-27 noyabr 2026-cı il tarixlərində iki gün ərzində sektorun əsas qərarverici şəxslərini və ekspertlərini bir araya toplayacaq.
Medicina.az xəbər verir ki, “The Ritz-Carlton Baku” otelində baş tutacaq forumun ilk günü saat 09:00-da başlayacaq. “İdarəetmənin Anatomiyası” konsepti altında keçiriləcək forum səhiyyənin inkişafında tibbi innovasiyalarla yanaşı effektiv idarəetmə, strateji liderlik, dayanıqlı maliyyələşmə, rəqəmsallaşma, süni intellekt və insan kapitalının rolunu vahid platformada müzakirəyə çıxaracaq.
Tədbir çərçivəsində 500-dən çox peşəkar iştirakçı və 30-dan artıq yerli və beynəlxalq spiker aşağıdakı 6 tematik panel üzrə müzakirələr aparacaq:
Səhiyyədə İdarəetmə və Rəhbərlik
Səhiyyənin Maliyyələşdirilməsi və İqtisadiyyatı: Dayanıqlı Xəstəxana İdarəetməsi
Səhiyyə Sistemində Rəqəmsallaşma və Süni İntellekt
Tibbi Xidmətlərin Təşkilində Strateji Xəstəxana İdarəçiliyi
Səhiyyədə Xanım Rəhbərlər: Liderlik və Zərif Baxış
Həkim və Cəmiyyət: Həkimlərin (Tibb İşçilərinin) Tükənmişliyi və Peşəkar Rifah
Panellərin sonunda iştirakçıların spikerlərə birbaşa sual ünvanlaya biləcəyi xüsusi sual-cavab sessiyaları, eləcə də fərdi çıxışlar və bədii-musiqili hissə nəzərdə tutulub.
27 noyabr tarixində praktiki bilik və bacarıqların inkişafına yönəlmiş Masterklas “ibis Baku City” otel ünvanında baş tutacaq. Masterklaslarda tibbdə süni intellekt alətləri, strateji marketinq, çevik liderlik, tibbi turizm və müasir səhiyyə modelləri üzrə real təcrübələr bölüşüləcək.
Forumda Azərbaycan, Türkiyə və Qırğızıstanın səhiyyə, iqtisadiyyat və təhsil qurumlarını, aparıcı universitetlərini və özəl tibb müəssisələrini təmsil edən nüfuzlu rəhbərlər çıxış edəcəklər. Spikerlər sırasında Türkiyə Səhiyyə Nazirinin müavini Doç. Dr. Şuayıp Birinci, Türkiyə Səhiyyə Nazirinin müşaviri Prof. Dr. Haydar Sur, Türkiyə Səhiyyə Politikaları İnstitutunun sədri Prof. Dr. Sedat Bostan, TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev və İcraçı direktorun müavini Rahim Hüseynov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Dr. Rəşad Mahmudov, İqtisadiyyat Nazirinin müşaviri Hüseyn Hüseynov, eləcə də dövlət və özəl tibb müəssisələrinin rəhbərləri və akademik ekspertlər yer alır.
Tədbirdə xəstəxana və klinika rəhbərləri, baş həkimlər, tibb menecerləri, səhiyyə idarəçiləri və sahə üzrə qərarvericilər iştirak edə bilərlər. Hər bir iştirakçıya rəsmi elektron sertifikat təqdim olunacaq.
Qeydiyyat və ətraflı məlumat üçün:
Rəsmi sayt: facemark.az/tedbirler/sehiyye-menecmenti-forumu-2026
Əlaqə: +994 51 316 51 18 | [email protected]
MEDİCİNA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Noyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















