Icma.az
close
up
RU
Fürsətçi… Yunus Oğuz yazır

Fürsətçi… Yunus Oğuz yazır

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İşə  təzəcə gəlmişdim  ki, qapı döyüldü. "Gəlin" deyəndən sonra  içəri otuz-otuz beş yaşlı, üzü təraş edilmiş (indiki gənclərin çoxu tənbəllikdən üzlərini qırxmırlar ki, bəs indi belə dəbdir) gənc daxil oldu.

-Müəllim, olar!
Müəllim olmasam da, "buyurun, əyləşin" dedim. Gənc əyləşdi. Hiss etdim ki, bunun dərdi işsizlik, təqaüd dərdi deyil. Geyimi-kecimi yerində idi. Aşıqlar demişkən, bunun dərdi alayıdır.

Oturan kimi üyüdüb tökdü:
-Müəllim, mən ZAQS-dan (evlilik şəhadətnaməsi verilən qurumu nəzərdə tutur) şikayətçiyəm.

Soruşdum:
-Neyləyib sənə, toyuna icazə vermir, ya nədir?
Gənc guya utanırmış kimi cavab verdi:
-Yox, müəllim toyumu etmişəm, subaylarınıza qismət olsun, bir həftədir buz baltası kimi bir oğlum da dünyaya gəlib, problem də bundan sonra başlayıb. 

Mənim dərdim oğluma ad qoymaq dərdidir. Ona ad verirəm,  ZAQS-da deyirlər, belə ad bizim siyahıda yoxdur.
Maraq məni bürüdü, çünki redaksiyaya  adqoyma məsələsinə  görə çox şikayətlər daxil olurdu.

-AdI ilə böyüsün, nə ad qoymaq istəyirsən, övladına?
-Cinquş.
Marağım təəccübə çevrildi. Fikirləşdim ki, bəlkə  mən  səhv  eşidirəm. 

Dəqiqləşdirmək üçün bir də soruşdum:
-Nə, nə dedin?
Gənc  qızıl-qırmızı təkrar etdi:
-Cinquş.
İstədim bir şaqqanaq çəkib güləm, özümdən asılı olmadan quş kimi qıy vurdum... Ciy... cin... qıy... quş..."
Yəqin ki, səsimdən işçilər diksindilər, amma büruzə vermədilər.

Özümü toparlayıb soruşdum:
-Niyə bəs Cinquş?
-Bilirsən müəllim, uşaqların anası danışır ki, dönə-dönə üzr istəyirəm, uşaq bətndən çıxandan sonra elə qışqırıb, elə qışqırıb, elə əl-qol atıb, sanki cin dünyaya gətirib. Düz bir həftədir qısqıra-qışqıra hələ də əl-qol atır. Öz-özümə fikirləşdim ki, böyüyəndə bu gədədən nəsə çıxacaq. 

Çörək qazanmaq üçün cin kimi özünü oda vuracaq, közə vuracaq, quş kimi hara gəldi qonacaq. Adı ömrünə uygun olsun deyə qərara aldıq ki, elə "Cinquş" adlandırsaq yaxşı olar.

Sol əlimi alnıma vurub gözlərimi masaya dikib ürəyimdə dedim: "Ayə, gör hansı zəmanəyə gəlib çıxdın, Mirzə? Day bundan o tərəfi yoxdur". Sual verdim:

-Adın nədir, bəy?
-Yanardağ.
-Bəs xanımının?
-Neştər.
Az qaldım odlanım, ancaq başımı qaldırıb onun məsum gözlərinə baxanda başa düşdüm ki, bu gözlərdə cahillik və nadanlıq var.

Yenə səbrimi basıb dedim:
-İndi belə çıxır ki, sən də ömrünü məşələ çevirmisən, Yanardağ kimi gecə-gündüz yanırsan, xanımın da arı kimi hamını sancır. - İstədim deyəm ki, bütün arılar bal(a) vermir, ancaq sancmaqla məşğul olurlar, demədim. - Ə zalım oğlu, zalım, uşaq dünyaya gələndə qışqırar da. Qışqırmırsa, əl-qol atmırsa, deməli ölü doğulub. Bax,- müdrik görkəm aldım, - uşaq ağlayanda, qışqıranda anası neyləyir?

Fikirləşmədən cavab verdi:

-Döşündən süd verir.

-Ay sağ ol, yəni ananın döşündən süd əmir. Elə isə gədənin adını "Əmzik" niyə qoymursan?  Özün demişkən cin kimidir. Bir az bicliyi, bir az gicliyi. Böyüyəndə məmur olmağın yolunu tapar. Sonra da dodaqlarını yapışdırar büdcə borusuna, əmdikcə əmər. Hə necədir "Əmzik", yoxsa "Cinquş?" Vallah bizdə bunun başqa anlamı var. Ondansa "Alarvad" qoy. O da cinin...

Sözümü kəsdi.
-Müəllim "Alarvad" keçmir, e, o adda arvad sözü var, tay-tuşu məsxərəyə qoyar.

Baxdım ki, cahil, nadan bunun yanında toya getməlidir. Ciddi-ciddi dedim:

-Onda uşağın adını qoy ya "Fürsət", ya da " Güdükçü". Sən istədiyin işə yarayar.
Gözlərini üzümə dikib, nəsə soruşmaq istədi , amma cəsarət etmədi.

-Bax-dedim-deyirsən ki, istəyirəm övladım cin kim özünü ora-bura vursun, mən yaşadığım həyatı yaşamasın, yüz kişidən biri olsun,eləmi?

-Müəllim, lap elə bil ürəyimi oxudun. Elə mən də bayaqdan bunu demək istəyirəm.

-Hə, lap yaxşı, -onu həvəsləndirdim, -"Güdükçü", "Fürsət" kimi adlar pis deyil. Böyüyəndə "adam" olmaq üçün fürsət gözləyir, lazım olan vəzifəli adamları güdər. Onların vəziyyəti yaxşı olanda "dədəm-anam sənsən" deyər, təndirin qırağında, ocaq başında özünə yer eləyər, gün ağlayar. Hər yerdə sayılar. TV-lərin, saytların, qəzetlərin dilindən düşməz, hörmətli kişilərdən biri olar. Elə ki, bu vəzifəlinin vəzifə ömrü bitər, yəni ayağına daş bağlayıb atarlar quyunun dibinə, o da həmin  daşdan da böyüyünü  götürüb atar quyunun içinə. Həm də deyər "Di get". Sonra da əlinə balta alıb həmin vəzifəlini gecə-gündüz arxasınca  baltalayar. "İt əl çəkir, motal əl çəkmir". Yazıq can verir, o isə uf demədən yenə baltalayır. Bunu ona görə edər ki, güdsün,  fürsət düşən kimi yenə bir vəzifəlini girəvələsin. Qazancını əldən verməsin. 

Hə necədir bu adlar; "Güdükçü, ya da "Fürsət"?
-Müəllim,  yaxşı sözlər danışırsan, bəlkə ehtiyatda başqa adlar da var.

Baxdım ki, bu lap zır nadandır. Dedim:
-Hə bir-iki ad da var. Amma onlar da qoy sonraya qalsın.

Əl çəkmədi.
-Sən o adları söylə, mən gedim arvadla hamısını "optovoy" (topdan) məsləhətləşim.

-Əşi, səndən yaxşı oğlana bu adları ərmağan etməyəcəm ki, halal xoşun olsun, götür apar. İkisini də deyim, gör hansı ağlına batır. "Dibçək", ya da "Parnik" (istixana), ancaq mənasını uzun-uzadı soruşma. Qısa deyim ki, dibcəyin kökü torpağa bağlı olmur, kökü torpağa dəymədiyindən keçmişini, ata-anasını unudur, bəzən onlardan imtina edir, ancaq məmurluğa-zada yarayır,  hər yerdə ona yaşıl işıq yandırırlar. Elə İstixana da onun kimi. Bunun fərqli cəhəti ondadır ki, bu uşaq nə gün, nə də soyuq-qar görsün. Onun üçün temperatur eyni olmalıdır. O da çörək qazananlar sırasına aid edilir.
Yanaqdağ  gözləmədiyim halda etiraz etdi:

-Yox müəllim, sonuncu bu iki addan imtina edirəm. Ömrümü Yanardağ kimi ona sərf edim, o da sonradan məndən imtina etsin. - Başını buladı, - Yox istəmirəm. Gedim evdə məsləhətləşim.
Təşəkkür edib ayağa durdu, şəhər telefonumu da istədi,  verdim.

Üç gündən sonra mənə zəng etdi:
-Salam müəllim,-sevinclə dilləndi, - uşağa sayənizdə ad tapdıq. Razı olmasalar,  məhkəməyə verəcəm.

-Hə, nə yaxşı, hansı adın üstündə dayandınız?

Fəxrlə dilləndi:
-Fürsət, dedim zəmanə elə yerə gəlib çatıb ki, onu fövtə verdin, nə əmzik tapacaqsan, nə də cinquşduq eləyə biləcəksən. Ən yaxşısı elə Fürsətdir. Fürsət düşdükcə əmziyi qoyar ağzına bala-bala əmər.... Hə, di sağ ol!
Düd... düd... düd...
Özüm-özümə bircə kəlmə deyə bildim:
-Dəlinə şükür,  ilahi!

P.S. Fürsət düşüb bir lətifə yazım; 
Azərbaycanlıdan soruşurlar:
-Sən necə varlandın?
Cavab verir:
-Dənizin üstündə körpünü görürsən?
Cavab verirlər ki, yox.
Milyonçu deyir:
-Ay sağ ol, amma olmalı idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri