Abdullah Ağar: Ermənistanın Qərbi Azərbaycan məsələsində manipulyasiya planları iflasa məhkumdur
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qərbi Azərbaycanla bağlı gözlənti ərazi iddialarına deyil, insan haqlarına əsaslanır. Sizi zorla öz torpağınızdan, gələcəyinizdən, əcdadlarınızın məzarlarından ayırıblar".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda Qərbi Azərbaycan İcmasının təşkil etdiyi II beynəlxalq konfransda iştirak edən Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert vurğulayıb ki, Qərbi azərbaycanlıların öz torpaqlarından didərgin salınmasının son dərəcə mühüm sosioloji, demoqrafik və psixoloji nəticələri var.
44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatlarına toxunan Abdullah Ağar diqqətə çatdırıb ki, Azərbaycan ölkənin suverenliyini bərpa edib, üstəlik, Qarabağda yaşayan ermənilərin ölkə vətəndaşı kimi hüquqlarını tanımağa hazır olduğunu bəyan edib:
"Bu, çox mühüm məsələdir. Amma bu insani refleks Qərbi Azərbaycan məsələsində də keçərli olmalıdır. Qərbi Azərbaycanda yurd-yuvasından zorla çıxarılan insanlar istədikləri vaxt öz torpaqlarına qayıtmaq hüququna sahib olmalıdırlar. Çünki hər şeydən əvvəl bu, insan haqları ilə bağlı məsələdir və heç kimin buna mane olmağa haqqı yoxdur. Azərbaycan da məsələyə bu kontekstdən yanaşır.
Digər tərəfdən, İkinci Qarabağ müharibəsindən sonra imzalanmış sənədlər var. Əsas məsələ onlara əməl etməkdir. Burada Azərbaycan tərəfindən heç bir beynəlxalq prinsipin, suverenliyin, ərazi bütövlüyünün pozulmasından söhbət getmir. Amma bəziləri bununla manipulyasiya etməyə və beynəlxalq hüquq kontekstində Azərbaycana tələ qurmağa çalışırlar. Amma bu cür hərəkətlər uğursuzluğa məhkumdur. Ermənistanın Qərbi Azərbaycan məsələsində manipulyasiya etmək planları iflasa məhkumdur".
Söhrab İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















