Icma.az
close
up
RU
Abdullah Ağar: Türkiyənin Yaxın Şərq ilə bağlarını kəsərək onu geosiyasi mühasirəyə almaq istəyirlər

Abdullah Ağar: Türkiyənin Yaxın Şərq ilə bağlarını kəsərək onu geosiyasi mühasirəyə almaq istəyirlər

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Türkiyənin Yaxın Şərq ilə bağlarını kəsərək onu geosiyasi mühasirəyə almaq məqsədi güdülür".


Bunu Orta Şərqdə gedən son proseslərlə bağlı "Sherg.az"a açıqlama verən hərbçi və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar bildirib:


"Məsələ yalnız Suriyada yaradılan “Davud Dəhlizi”, “Bashan Oxu Bölgəsi” və ya “İbrahim Yolu Keçidi” deyil. 

Burada əsl məqsəd, neokon Atlantikçilərin və israilli radikal sağçı fundamentalistlərin Süleymaniyyədən başlayıb Suriyaya, oradan İsrailə və Aralıq dənizinə qədər uzanan, Davud Dəhlizi adlanan davamlı bir coğrafiya qurmaq cəhdidir.

Detallara nəzər salaq:

İraq/Süleymaniyyə, Hormor/Çəmçəməl keçidi (təbii qaz mənbələri ilə zəngin bölgə), 2003-cü ildə İraqın işğalı zamanı yaradılmış, Kərkük mərkəzli Mübahisəli Bölgələr (neft və qaz ehtiyatları), 2003-cü ildə işğal zamanı yaradılmış, Mosul (Ninəva) mərkəzli Mübahisəli Bölgələr: Məhmur, Qəyarə, Sincar (neft və qaz ehtiyatları)

İraqdan Suriyaya keçid: YPG/PKK nəzarətində olan terror bölgələri (Əl-Bukemal–Əl-Qaim, Yarubiyə, Fişxabur)

Fəratın şərqi və şimal-şərqindəki YPG/PKK nəzarətində olan ərazilər (neft, qaz, su ehtiyatları və kənd təsərrüfatı torpaqları)

Davud Dəhlizi: YPG/PKK bölgəsindən başlayıb Fəratın qərbinə keçən ərazilər, Əl-Tənəf bölgəsində ABŞ və ÖSO təsir dairələri

Bashan Oxu Bölgəsi: Dəra, Süveyda, Hermon dağı, Colan təpələri və İbrahim Yolu

İsrailə keçid.

Bu, uzun müddətdir diqqət çəkməyə çalışdığım əsl strateji dəhlizdir. Bu dəhlizin əsasını YPG/PKK terror təşkilatı təşkil edir. Həmçinin sözügedən dəhliz nəhəng enerji mənbələrini, neft və qaz boru xətlərini, ticarət yollarını, Aralıq dənizinə çıxışı və bu bölgədəki geosiyasi təşəbbüsləri əhatə edir".


Ekspert əlavə edib ki, sözügedən dəhliz Türkiyənin Yaxın Şərqlə olan bağlarını kəsən geosiyasi divar rolunu oynayır:

"Bu dəhliz Türkiyəni mühasirəyə alır. Yəni Türkiyəni boğma məqsədinə xidmət edən böyük bir strateji layihənin parçasıdır.

Bu dəhliz, həmçinin bölgədə dövlətlərarası və daxili münaqişələrə, hətta məzhəb müharibələrinə səbəb olacaq bir potensiala malikdir.  Çıxış yolu isə YPG/PKK terror təşkilatı bu planın əsas parçası olaraq tamamilə sıradan çıxarılmasıdır. Yəni Suriyanın birliyi qorunub-qorunmamasından, siyasi strukturunun dəyişib-dəyişməməsindən və ya parçalanmasından asılı olmayaraq, YPG/PKK məhv edilməli, dağıdılmalı və əllərindəki ərazilər geri alınmalıdır. Çünki Türkiyə 40 illik mübarizənin, on minlərlə şəhidin qanının və trilyonlarla dollarlıq iqtisadi xərclərin nəticəsində ya tarixi bir qələbəyə çatacaq, ya da mühasirəyə alınacaq. Hər şey artıq Türkiyə Cümhuriyyəti Dövlətinin və onun şanlı ordusunun qərarlarına bağlıdır.

Ağılları üstün, yolları açıq olsun!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri