Icma.az
close
up
RU
Abdullah Eren: 59 min tələbəyə Türkiyə təqaüd ləri verilib FOTO

Abdullah Eren: 59 min tələbəyə Türkiyə təqaüd ləri verilib FOTO

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumu (YTB) “Türkiyə Əsri” vizyonunun mühüm daşıyıcılarından biridir”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren “Anadolu”ya müsahibəsində deyib.

O, rəhbərlik etdiyi qurumun Türkiyənin diaspor siyasəti, soydaş və qohum xalqlarla münasibətləri və beynəlxalq tələbə hərəkatında mühüm rol oynadığını vurğulayıb: “Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi diaspor siyasətimizdə, könül coğrafiyasına yönəlik strategiyamızda əsas qurumlardan biridir. İndiyədək türk vətəndaş diasporundan könül coğrafiyamıza saysız-hesabsız ürəklərə toxunduq”.

O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər sahədə gənclərə inanır. A.Eren xatırladıb ki, dövlət başçısının tövsiyəsi ilə 2018-ci ildə 34 yaşında gənc bir kadr kimi quruma rəhbər təyin edilib.

A.Eren Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin qısa müddətdə inkişaf etdirdiyi potensial və təcrübənin dövlətə və diaspor siyasətinə böyük töhfələr verdiyini, Türkiyənin daxili və xarici siyasətində diaspor baxış bucağının formalaşmasına səbəb olduğunu bildirib.

Qurum rəhbəri qeyd edib ki, hazırda yalnız Avropada 5 milyon türk yaşayır və bu icma mövcud olduqları ölkələrdə artıq ciddi faktora çevriliblər.

Abdullah Eren türk diasporunun lobbi gücünün artırılmasının vacib olduğunu, bu gücün siyasət, media, elm və təhsil kimi sahələrdə daha mühüm hala gəlməsi üçün çalışdıqlarını söyləyib: “Böyük Türkiyə böyük diaspordan, güclü Türkiyə güclü diaspordan keçir. Avropada haqsızlığa və irqçi hücumlara məruz qalan türklərin hər zaman yanındayıq. Türk diasporunun, başda Avropa olmaqla, dünyanın müxtəlif nöqtələrində güclənməsi üçün səylə çalışırıq. Xaricdəki vətəndaşlarımız üçün dövlət xidmətlərinin yaxşılaşdırılması istiqamətində güclü addımlar atırıq”.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri deyib ki, son 15 ildə xaricdəki vətəndaşlar üçün bir çox ölkədə 1500-dən çox layihə həyata keçiriblər: “Xüsusilə minlərlə dərnəyə, qeyri-hökumət təşkilatına dəstək verdik. 70 ölkədə QHT-lərlə görüşlər keçirdik, vətəndaşlarımız üçün dövlət xidmətlərinin yaxşılaşdırılması istiqamətində güclü addımlar atdıq. Bütün bu işləri görərkən vətəndaşlarımızın məruz qaldığı ayrı-seçkilik, irqçilik və islamofob hücumlara qarşı da yanlarında olmağa çalışdıq”.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri xaricdə yaşayan gənclər üçün Türkiyədə müxtəlif tədbirlər təşkil etdiklərini və bu tədbirlərlə onların türk tarixinə, mədəniyyətinə və ana vətənə bağlılıqlarını gücləndirməyi hədəflədiklərini bildirib.

Abdullah Eren TEKNOFEST-ə xaricdə yaşayan türk gənclərinin qatılmasının təmin edilməsi, Türkiyənin yüksək texnologiya istehsal edən şirkətlərində və öncül qurumlarında onlara təcrübə və təlim proqramları təqdim olunması kimi fəaliyyətlərin, həm xaricdəki, həm də ölkə daxilindəki türk beyin gücünün bir araya gətirilməsi baxımından çox mühüm olduğunu qeyd edib. O, on minlərlə türk gəncinə müxtəlif proqramlar vasitəsilə toxunduqlarını və onlarla görüşdüklərini bildirib.

A.Eren “Avropada yaşayan gənc nəsil Türkiyədən uzaqlaşır və ana vətənlə bağları zəifləyir” şəklindəki iddialarla razı olmadığını deyərək bu gənclərin xüsusilə çoxmədəniyyətli və çoxdilli mühitdə yaşadıqlarını və evlərində türk mədəniyyəti ilə böyüdüklərini vurğulayıb.

İdarə sədri qeyd edib ki, yalnız Almaniyada 6 ilə 20 yaş arasında 900 mindən çox türk mənşəli uşaq təhsil çağındadır: “Onların türk dilini öyrənməsi, türk mədəniyyəti ilə iç-içə olması, ana vətəni unutmaması və türk ailə mədəniyyətini yaşatmaları əsas məqsədlərimizdən biridir. Bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk”.

Abdullah Eren həmçinin, 2025-ci ilin Türkiyədə “Ailə İli” elan olunması münasibətilə xaricdəki vətəndaşlara yönəlik həyata keçirdikləri saysız layihələrə əlavə olaraq, Ailə və Sosial Dəstək Proqramı ilə yanaşı Diaspora Tədqiqatları Dəstəyi, Mədəniyyət-Sənət Layihə Dəstəyi, İdman Dəstəyi, Türk Dünyası Diasporaları Maliyyə Dəstəyi kimi proqramları da əlavə etdiklərini bildirib.


Abdullah Eren “Könül coğrafiyası” anlayışının, dünyada yalnız Türkiyəyə xas olan bir anlayış olduğunu vurğulayaraq, Türkiyənin könül coğrafiyasının sərhədlərindən daha geniş bir əhatəyə malik olduğunu ifadə edib.

Abdullah Eren beynəlxalq tələbə diplomatiyasını çox dəyərli hesab etdiklərini bildirib və sözlərinə belə davam edib: “2011-ci ildə Türkiyədə təxminən 20 min beynəlxalq tələbə var idi. 2011-ci ildən sonra Türkiyə Təqaüdləri verilməyə başlandı. Bu gün Türkiyədə 350 min beynəlxalq tələbə təhsil alır. Burada Türkiyə Təqaüdlərinin və dolayısıyla Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin çox böyük əməyi var. İndiyədək 59 min tələbəyə Türkiyə Təqaüdləri verilib. 150 mindən çox Türkiyə məzunu var. Beynəlxalq tələbələrimiz Türkiyənin simpatik diasporasıdır. Bu simpatiya əlaqəsini, aramızdakı duyğusal birlik və ortaq dəyərləri konkret əməkdaşlıqlara çevirərək, qazanc-qazanc prinsipi ilə hərəkət edirik. Bu da Türkiyənin qlobal arenadakı təsir gücünü ciddi şəkildə artırır. Bu gün Balkanlardan Türküstan coğrafiyasına, Afrikadan Qafqaza getdiyimiz hər ölkədə Türkiyədən məzun olmuş, Türkiyəyə sevgi ilə baxan siyasətçi, bürokrat, akademik, sənətçi görmək mümkündür. Beynəlxalq tələbələrə yönəlik indiyə qədər 1300 elmi layihəni həyata keçirmişik. Məzun tələbələrimizi ölkələrində çox önəmli mövqelərdə görürük, bu tələbələr Türkiyə ilə ölkələri arasında çox mühüm bir körpü qururlar. 31 ölkədə 35 məzun dərnəyi ilə bu əlaqəni onlarla birlikdə davam etdiririk”.

A. Eren sonda Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin nəşr fəaliyyətlərinə də toxunaraq qurumun apardığı bu fəaliyyətlərlə “yaddaş” inşa etdiyini və tarixə qeydlər salmaq baxımından hər birinin çox dəyərli olduğunu vurğulayıb.

O, bu çərçivədə 90-dan çox fəaliyyət həyata keçirdiklərini, həmçinin “Telve”, “Bağlar”, “Kökler” və “Her Boydan” adlı dərgilərinin nəşr dünyasına qazandıraraq həm xaricdəki, həm də Türkiyədə təhsil alan uğurlu beynəlxalq tələbələrə fəal platformalar yaratdıqlarını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 May 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri