Icma.az
close
up
RU
59 min tələbəyə

59 min tələbəyə

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumu (YTB) “Türkiyə Əsri” vizyonunun mühüm daşıyıcılarından biridir".

Modern.az xəbər verir ki, bunu Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren "Anadolu"ya müsahibəsində deyib.

O, rəhbərlik etdiyi qurumun Türkiyənin diaspor siyasətində, soydaşlar və qohum xalqlarla münasibətlərində və beynəlxalq tələbə hərəkatında mühüm rol oynadığını vurğulayıb: "Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi diaspor siyasətimizdə, könül coğrafiyasına yönəlik strategiyamızda əsas qurumlardan biridir".

O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər sahədə gənclərə inanır. A.Eren xatırladıb ki, dövlət başçısının tövsiyəsi ilə 2018-ci ildə 34 yaşında gənc bir kadr kimi quruma rəhbər təyin edilib.

A.Eren Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin qısa müddətdə inkişaf etdirdiyi potensial və təcrübənin dövlətə və diaspor siyasətinə böyük töhfələr verdiyini, Türkiyənin daxili və xarici siyasətində diaspor baxış bucağının formalaşmasına səbəb olduğunu bildirib.

Qurum rəhbəri qeyd edib ki, hazırda yalnız Avropada 5 milyon türk yaşayır və bu icma fəaliyyət göstərdiyi ölkələrdə artıq ciddi faktora çevrilib.

Abdullah Eren türk diasporunun gücünün artırılmasının vacib olduğunu bildiribvə deyib ki, diaspor öz fəaliyyətini daha da inkişaf etdirməlidir: “Böyük Türkiyə böyük diaspordan, güclü Türkiyə güclü diaspordan keçir. Avropada haqsızlığa və irqçi hücumlara məruz qalan türklərin hər zaman yanındayıq. Türk diasporunun, başda Avropa olmaqla, dünyanın müxtəlif nöqtələrində güclənməsi üçün səylə çalışırıq. Xaricdəki vətəndaşlarımız üçün dövlət xidmətlərinin yaxşılaşdırılması istiqamətində güclü addımlar atırıq”.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri deyib ki, son 15 ildə xaricdəki vətəndaşlar üçün bir çox ölkədə 1500-dən çox layihə həyata keçiriblər: "Minlərlə dərnəyə, qeyri-hökumət təşkilatına dəstək verdik. 70 ölkədə QHT-lərlə görüşlər keçirdik, vətəndaşlarımız üçün dövlət xidmətlərinin yaxşılaşdırılması istiqamətində güclü addımlar atdıq. Bütün bu işləri görərkən vətəndaşlarımızın məruz qaldığı ayrı-seçkilik, irqçilik və islamofob hücumlara qarşı da onların yanında olmağa çalışdıq”.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri xaricdə yaşayan gənclər üçün Türkiyədə müxtəlif tədbirlər təşkil etdiklərini və bu tədbirlərlə onların türk tarixinə, mədəniyyətinə və ana vətənə bağlılıqlarını gücləndirməyi hədəflədiklərini bildirib.

Abdullah Eren TEKNOFEST-ə xaricdə yaşayan türk gənclərinin iştirakının təmin edilməsi, Türkiyənin yüksək texnoloji şirkətlərində və aparıcı qurumlarında onlara təcrübə və təlim proqramları təqdim olunması kimi fəaliyyətlərin həm xaricdəki, həm də ölkə daxilindəki türk beyin gücünün bir araya gətirilməsi baxımından çox mühüm olduğunu qeyd edib. O, on minlərlə türk gəncini müxtəlif proqramlara cəlb etdiklərini bildirib.

A.Eren "Avropada yaşayan gənc nəsil Türkiyədən uzaqlaşır və onların vətənlə bağları zəifləyir” şəklindəki iddialarla razı olmadığını deyərək, bu gənclərin çoxmədəniyyətli və çoxdilli mühitdə yaşadıqlarını və evlərində türk mədəniyyəti ilə böyüdüklərini xüsusilə vurğulayıb.

İdarə sədri qeyd edib ki, yalnız Almaniyada 6-20 yaş arasında 900 mindən çox türk mənşəli uşaq təhsil alıb: "Onların türk dilini öyrənməsi, türk mədəniyyəti ilə iç-içə olması, ana vətənlərini unutmaması və türk ailə mədəniyyətini yaşatmaları əsas məqsədlərimizdən biridir. Bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk".

A.Eren “Könül coğrafiyası” anlayışının dünyada yalnız Türkiyəyə xas olduğunu vurğulayaraq, Türkiyənin bu coğrafiya sərhədlərindən daha geniş bir əhatəyə malik olduğunu ifadə edib.

İdarə sədri beynəlxalq tələbə diplomatiyası barədə də danışıb: “2011-ci ildə Türkiyədə təxminən 20 min xarici tələbə var idi. Həmin ildən Türkiyə dövləti əcnəbi tələblərə təqaüdlər verməyə başladı. İndi Türkiyədə 350 min xarici tələbə təhsil alır. Burada bizim idarəinin də çox böyük əməyi var. İndiyədək 59 min tələbəyə təqaüdlər verilib. 150 mindən çox Türkiyə məzunu var.

Bu gün dünyanın bir çox ölkələrində Türkiyədən məzun olan siyasətçi, akademik, sənətçi görmək mümkündür. Xarici tələbələrə yönəlik indiyə qədər 1300 elmi layihəni həyata keçirmişik. Məzun tələbələrimizi çox önəmli mövqelərdə görürük, onlar Türkiyə ilə ölkələri arasında mühüm bir körpü qururlar. 31 ölkədən 35 məzun dərnəyi ilə birgə əlaqələri davam etdiririk".

A.Eren rəhbəri olduğu qurumun nəşr fəaliyyətlərinə də toxunub. O, "Telve”, “Bağlar”, “Kökler” və “Her Boydan” adlı dərgilərin həm xaricdə, həm də Türkiyədə təhsil alan tələbələr tərəfindən fəal izlənildiyini bildirib. (Teleqraf)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri