Icma.az
close
up
RU
Qarabağ Biblioqrafiyası ön sözü Abdullah Eren yazdı

Qarabağ Biblioqrafiyası ön sözü Abdullah Eren yazdı

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Türkiyədə Qarabağ Biblioqrafiyası (1991-2024) kitabı işıq üzü görüb.

Modern.az xəbər verir ki, kitab Mərmərə Universitetinin professoru, Azərbaycana bağlı onlarla kitabın müəllifi, yaxud tərtibatçısı Okan Yeşilot tərəfindən hazırlanıb.

Kitabın ön sözünü TİKA rəhbəri Abdullah Eren yazıb. Qeyd edilir ki, tarix boyu geosiyasi mövqeyi, etnik və dini strukturu, sosial və mədəni irsi, beynəlxalq münasibətlər sistemi içində tutduğu mövqeylə seçilən Qarabağ, həm tarixşünaslıq, həm də sosial-humanitar araşdırmalar üçün xüsusi əhəmiyyətə malik regiondur. Toplumların taleyinə birbaşa təsir göstərən siyasi proseslərin, müharibələrin və sülh cəhdlərinin mərkəzində dayanmış Qarabağ bəzən uzaqdan görünən, bəzən isə ən yaxınından belə eşidilməyən faciələrin, məcburi köçlərin və uzun illər davam edən sərhəd mübahisələrinin düyün nöqtəsinə çevrilmişdir. Bu səbəbdən Qarabağ haqda çoxsaylı akademik araşdırmalar aparılmış, region həm tarixi hadisələrin, həm də transmilli siyasi və mədəni transformasiyaların əsas mərkəzlərindən biri kimi dəyərləndirilmişdir.

Hazırkı tədqiqat Qarabağ mövzusuna dair geniş miqyaslı ədəbiyyat təhlilinə əsaslanır və keçmişdən günümüzə qədər regionda baş verən prosesləri sistemli şəkildə araşdırmağı hədəfləyir. Əsərin əsas məqsədi bölgənin etnik yapısını, siyasi sistemini, mədəni irsini və tarixi hadisələrini obyektiv elmi müstəvidə təqdim etmək, Qarabağla bağlı mövcud akademik bilikləri vahid çərçivədə toplayaraq əlçatan etməkdir. Bu məqsədlə dünyanın müxtəlif dillərində, almanca, ingiliscə, fransızca, italyanca, ispan, ərəb, fars, erməni, gürcü, Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, yapon, qazax, qırğız, özbək, rus və yunan dillərində yazılmış minlərlə mənbə nəzərdən keçirilmiş, 1991–2024-cü illəri əhatə edən “Qarabağ Biblioqrafiyası” sistemli şəkildə tərtib olunmuşdur.

Bu araşdırma akademik mühitdə mövcud boşluqları doldurmağı, bölgə üzrə elmi tədqiqatlara mənbə yaratmağı, həmçinin tarix, siyasət, mədəniyyət, sosiologiya, hüquq və digər sahələrdə aparılan multidissiplinar çalışmaları bir araya gətirməklə elmi bilik dövriyyəsini gücləndirməyi hədəfləyir. Qarabağın tarixi, siyasi, mədəni və sosial xüsusiyyətlərinin kompleks şəkildə araşdırılması həm regional, həm də qlobal elmi diskurs üçün yeni perspektivlər açır.

“Qarabağ Biblioqrafiyası”nın əsas məqsədi tədqiqatçılara, akademiklərə və mövzu ilə maraqlanan oxuculara etibarlı, sistemli və çoxşaxəli bir mənbə təqdim etməkdir. Bölgəyə dair tarixi hadisələrin daha geniş analitik çərçivədə qiymətləndirilməsi, elmi mühitdə mövcud biliklərin zənginləşdirilməsi və yeni araşdırmalar üçün sağlam baza formalaşdırılması əsərin dəyərli töhfələrindən biridir. Bu əsər akademik kriteriyalara əsaslanan obyektiv yanaşmanı prioritet tutur və Qarabağa dair ardıcıl, sistemli, elmi məlumat bazasının yaranmasına mühüm şəkildə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri