Icma.az
close
up
RU
Abi sözündən yox, “propka”, “kuxna” deyilməyindən qorxun

Abi sözündən yox, “propka”, “kuxna” deyilməyindən qorxun

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Abi” sözünü eşidən azərbaycanlılar, başa düşmək lazımdır, bu söz bizim dilə keçəcək. Çünki bunun üçün 5 səbəb və ehtiyac var.

Ölkə.Az xəbər verir ki, bu sözləri ingilis dili müəllimi Zəfər Əskərli sosial şəbəkələrdə çıxışında deyib. O, “abi” sözünün dilimizə keçməsi üçün 5 əsas səbəbi aşağıdakı kimi sadalayıb:

“Ən birinci səbəb odur ki, onsuz da bu söz bizim dildə var. Yəni Türk dilindəki “abi” sözünün yazılışına baxsanız, görərsiniz ki, “ağabey” yazılır. Azərbaycan dilində də bu söz var. Azərbaycan dilində ad kimi istifadə edilir, amma Türkiyə türkcəsində xitab kimi, müraciət kimi istifadə olunur.

Sadəcə Türkiyə türkcəsində “ağabey” sözünün tələffüzü bir az dəyişib və günümüzdəki “abi” sözünə çevrilib, amma yazılışı olduğu kimi də qalır. 

İkinci səbəb odur ki, bizim dildə bu xitaba ehtiyac var. Axı sən 5-6 yaş böyük birinə “əmi”, “baba”, “dayı” deyə bilməzsən. Ona ehtiramını göstərməlisən və sənin “abi” xitabına ehtiyacın var. Yəni bu söz bizim dildə bir boşluğu doldurur.

Üçüncü səbəb isə tamamilə dilçiliklə bağlıdır. “Ağabey” və “ağabəy” koqnat sözlərdir, yəni eyni kökdən gəlir və eyni mənaları ifadə edir. “Ağabəy” sözü “böyük bəy”, “böyük qardaş” anlamını verir.

Dördüncü səbəb - Burada danışılan dil ilə cənubi Azərbaycanda, Türkiyədə danışılan dil eynidir. Ruslar bizim, farslar da Cənubi Azərbaycandakı soydaşlarımızın bir-birinə interqasiyasına əsrlərdir mane olur. Amma indi sərhədlər açılıb, internet, televiziya var. Bu 3 dilin bir-birinə inteqrasiyası davam edəcək. Yəni o vaxt siyasi səbəblərdən dillərin ictimai-mədəni bütövlüyü pozulmuşdusa, indi o bərpa olunacaq və bu borc alma prosesi sürətlənəcək. Getdikcə daha aydın olacaq. Yəni bu 3 coğrafiyada danışılan dil bir-birinə daha çox oxşamağa başlayacaq. 

5-ci və ən əsas məsələ bir azərbaycanlının “abi” deməsindən yox, “propka” “kuxna”, “mama”, “papa” deməyindən qorxun. Çünki bu sözlər ruscadır və onların Azərbaycan dilində real qarşılığı var, onlara ehtiyac yoxdur. Amma “abi” sözü Azərbaycan dilində bir ehtiyacı qarşılayır”. 

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri