Icma.az
close
up
RU
Ertem abi, erken, abi…

Ertem abi, erken, abi…

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2008-2009-cu illərdə Türkiyənin Adana şəhəri Çukurova Universitetində “İletişim fakültesi” bölümündə multimedia kursu aldım.

Xam xəyallarla uçuşduğum vaxtlar idi və düşünürdüm ki, jurnalist fəaliyyətinə də Türkiyədə başlayım. Amma cəmi bir ay bəs etdi ki, orda adaptasiya keçə bilməyəcəyimi qətiləşdirim. 2012-ci ilə qədər bir neçə şans da təsadüf etdi, amma alınmadı.

Bizim xaricə gedib alındıra bilməyən futbolçularımız kimi deyildi, məndə problem fərqliydi. O zaman politika sahəsindən qazandığım təcrübəylə işləmək istəyirdim, amma anladım ki, Türkiyə kimi xaotik kapitalist ölkədə baş açmaq üçün orda doğulmalısan. Bir sözlə, “legioner həyatım” başlamamış bitdi və mən 2008-də dostlarla açdığım “Futbol-Press” qəzetinin davamçısı olan saytımızın əsasını qoydum. Bu hekayədən mənə qalan isə zəngin təcrübə oldu. İndi mən başqa səbəblərdən də dəfələrlə olduğum qardaş ölkəni çoxumuzdan yaxşı tanıyanlardan biriyəm.

– Hələ Türkiyənin ortabab universitetlərindən olan Çukurovada belə (Əsasən tibb sahəsində ixtisaslaşıb) media bölümü yeni açılırdı, amma bir peşəkar jurnalist yetişdirməkçün bütün imkanlar var idi. Qısa zamanda Türkiyə mediasına məşhur adlar çıxdı ordan.

– Azərbaycanda isə nəinki ixtisaslaşma/profilləşmə, heç mefdanın nə olduğunu tam dərk edən kadr yetişdirə bilmirlər jurnalistika fakültələrində. Biz dövlət/özəl universitetlərin jurnalistika fakültəsində kadr kimi formalaşmırıq, bununçün adi Türkiyənin bölgə universitetində olan texniki imkanlar belə yoxdur. Bu gün ölkə mediasında tanınmış, peşəkar jurnalist görürsünüzsə, onun yarısı qeyri-jurnalistika təhsillidir… Jurnalistikada bakalavr-filan olanlar da fakültənin deyil, sırf fərdi şəkildə tələbə-müəllim kommunikasiyasının təsirindən formalaşıb, ya da təhsil müddətində işlədiyi KİV (qismətinə yaxşısı düşübsə), ordakı redaktorlar sayəsində və ən əsası da öz qabındakı hesabına jurnalist olub.

Amma bu misalı bizim geridə qaldığımızı bildirməkçün çəkmədim. Futbolçumuz kimi, jurnalistimiz və s. əksəriyyət də “yabanı şəraitdə” yetişir. Ancaq buna rəğmən biz necə etmişik, aldığımız təhsil səviyyəsindən qat-qat yaxşı mütəxəssis ola bilmişik.

Elə 9 aylıq kurs dönəmində esselərimlə ən yüksək bal almağımı qeyd edim. Bu, bizim həm Rusiya vasitəli, həm də Türkiyə vasitəli axınla dünya ədəbiyyatına çıxışımıza görədir. Bizim fantaziyamız daha zəngin çeşiddə inkişaf edib. Di gəl…

Kadr kimi geri qalmadığımız – bunu tibbdən tutmuş, mühəndisliyə qədər aid edirəm – əksər halda isə üstün olduğumuz halda daha az qazanırıq. Bu, sözün maddi və mənəvi anlamındadır. Səbəbi isə qısa və aydın şəkildə: bizim “bazarımız” çox kiçikdir, rentabelli deyil, monotondur və idxal-ixrac prosesi olmayan, qapalı məkandır.

İndi gələk Ertem abiyə. Qısa zamanda Bakıya iki səfəri oldu. Birində “Qarabağ”ın ÇL oyununu şərh etdi, digərində isə işgüzar… Hər ikisində tanış olmaq imkanı varkən, dəyərləndirə bilmədim. Bu pozitiv enerjili, tipik futbol şərhçisini yaxından tanıyıb bəzi müzakirələr aparmaq xoş olardı.

Məsələn, ona deyərdim ki, “Güzel abim, ocakda “Nəfçi” “Karabağ” arasında oynanacak dərbi maçı için Ahmet Çakar ve diğer ünlü isimler gelsin gelmesine de, ama…”

Qoy o da soruşsun ki, “Aması ne benim güzel kardeşim?”, mən də vurğulayım ki, “Ertem abi, erken, abi! Siz buraya eğlenmeye gelin, buluşalım, kahvaltı sofrasında muhabbet yapalım, fotolar falanlar-filanlar… ama bu işin içinde para yok. Siz kapitalizmde yaşıyorsunuz, bizim ülkemizde sosial-kapitalist-militarist-anarşist karışımı bir şey”.

Məncə, Ertem qardaş başa düşərdi nəyə eyham edirəm. Ordan bura qonaq gəlmək əladır. Biz qonaqpərvər xalqıq. Ancaq “iş buluşması” artıq ayrı şeydir. Azərbaycan idmanına Türkiyə inteqrasiyası aydın məsələdir. Futbol sahəsinə Ertem abi versiyasında gəlmək təklifi isə inteqrasiya deyil. Buranın futbol şərhçiləri güclüdür. Futbol jurnalistləri də. Akademik cəhətdən bunu sübut edəcək adlarımız da var. Bizə belə gəlmək qıcıqlandırmır, sadəcə, bu gəlişin bir gedişi də olsa, onda olar pakizə iş.

Ordan bura Ahmet Çakar və sairələri gətirib, “abi şöyle güzel bişey yapalım” janrında təklif edən Ertem abimiz əvvəlcə bizdən Türkiyəyə jurnalistlər aparsa, orda inteqrasiyasına rol oynasa, gözəl olar.

Hep ordan bura, hep sizden bize… ? ?

Elçin Cəlilov

P.S. Məqsəd sadə təsvirlə: bizə/buralara inteqrasiya çox rahat olmasa, yaxşıdır. Necə ki burdan ora mümkünsüz qədər çətindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Noyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri