Icma.az
close
up
RU
Abituriyentlər bu ixtisasları seçmir

Abituriyentlər bu ixtisasları seçmir

Icma.az, Metbuat saytına istinadən bildirir.

Son illərdə əmək bazarının tələbləri ilə ali təhsil ixtisasları arasındakı uyğunsuzluq getdikcə daha aydın görünür. Müəyyən sahələr üzrə mütəxəssis hazırlığı davam etsə də, həmin ixtisasların real iş imkanları məhdud olduğundan abituriyentlərin seçim marağı azalır. Bəs gələcəkdə hansı sahələrdə kadr çatışmazlığı gözlənilir?

Təhsil eksperti Elçin Murad Metbuat.az-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində, xüsusilə müəllimlik sahəsində kadr çatışmazlığı gələcəkdə yaşana bilər.

Ekspertin sözlərinə görə, müəllimlik sahəsinə maraq göstərən şagirdlərin sayı demək olar ki, azdır və bu da haqlıdır:

“Abituriyent bu gün açıq şəkildə cəmiyyətdə müəllimlərin necə əziyyət çəkdiyini, çətin proseslərdən keçdiyini görür. Ona görə də müəllimlik ixtisasına yönəlmir. Digər tərəfdən, müəllimlərin MİQ imtahanı məsələsi ortaya çıxır, çətinliklə imtahandan keçənlər sonradan vakansiya tapa bilmirlər. Bu isə istər-istəməz həmin abituriyentin mövzudan uzaqlaşmasına, yəni seçmək istədiyi ixtisasdan imtina etməsinə gətirib çıxarır”.

E.Murad kadr çatışmazlığının yaşanacağı digər sahə kimi Regionşünaslıq fakültəsini göstərib:

“Yaxın gələcəkdə bu fakültəyə ümumiyyətlə abituriyent qəbulu dayana bilər. Çünki ölkədə regionşünaslıq ixtisası üzrə işləmək üçün xüsusi iş sahələri ya yoxdur, ya da çox azdır. Ona görə də bu ixtisas istənilən halda sıradan çıxa bilər.

Dördüncü qrupda da vəziyyət oxşardır. Burada bəzi ixtisaslar artıq öz aktuallığını itirir. Məsələn, biologiya və psixologiya. Çünki cəmiyyətin psixoloqa və ümumən psixologiyaya baxışı bir qədər fərqlidir. Bu səbəbdən qəbul sayında fərq yaranır”.

Ekspert qeyd edib ki, bəzi ixtisaslarda azalma müşahidə olunur:

“Abituriyentlərin tərcüməçilik, filologiya, ərəb dili, fars dili ixtisaslarına da marağı azdır. Ona görə də bəzi ixtisaslar ümumiyyətlə sıradan çıxarılmalı, onların yerinə bazar iqtisadiyyatının tələblərinə uyğun olan ixtisaslar əlavə edilməlidir. Beləliklə, gələcəkdə məzunların işlə təminatı daha asan olar. Əks halda, tələbə oxuduğu ixtisas üzrə iş tapa bilmədikdə, sonrakı nəsil də həmin sahəyə şübhə ilə yanaşacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see343

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see250

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see248

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see241

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see241

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see236

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see230

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see228

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see221

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see214

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see209

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see208

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see206

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see204

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see200

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see191

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri