Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Abituriyentlər ən çox hansı ixtisasları SEÇİB?

Abituriyentlər ən çox hansı ixtisasları SEÇİB?

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib.

Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bir çox abituriyent öz istədiyi ixtisasa qəbul olsa da, bəzilərinin arzunu çin olmayıb. Qeyd edək ki, son illərdə abituriyentlərin ixtisas seçimlərində diqqətçəkən dəyişikliklər müşahidə olunur. Ənənəvi olaraq hüquq, tibb və informasiya texnologiyaları kimi sahələrə maraq yüksək qalsa da, yeni yaranan ixtisaslara da tələb artmaqdadır. Bu da həm qlobal trendlərin, həm də yerli əmək bazarının çağırışlarının təsiri ilə əlaqədardır. Abituriyentlər yalnız populyar fakültələrə deyil, gələcəkdə daha çox perspektiv və stabil iş imkanı verə biləcək istiqamətlərə də üstünlük verməyə başlayıblar.

Modern.az rəqabət və tələbatın ən yüksək olduğu ixtisasları öyrənmək üçün təhsil ekspertləri arasında sorğu keçirib.

Ramin Nurəliyev qeyd edib ki, I ixtisas qrupunda xüsusilə kompüter yönümlü ixtisaslar – informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi və kompüter elmləri abituriyentlər arasında ən çox seçilən ixtisaslar sırasında yer alıb:

“Eyni zamanda, riyaziyyat alt qrupunda kimya mühəndisliyi, neft-qaz mühəndisliyi, qida mühəndisliyi (xüsusilə bu sahə) və nəqliyyatda logistika ixtisaslarına da yüksək maraq göstərilib.

II ixtisas qrupunda isə, ən çox müraciət olunan ixtisaslar maliyyə, iqtisadiyyat və logistika olub. Xüsusilə orta və yüksək bal toplayan abituriyentlərin əksəriyyəti bu ixtisaslara yönəlib. Eyni zamanda, dövlət sifarişi əsasında turizm ixtisaslarına da orta bal toplayan abituriyentlər tərəfindən müəyyən maraq müşahidə olunub.

III ixtisas qrupuna gəldikdə, burada ən çox seçilən ixtisaslar hüquq, dövlət və ictimai münasibətlər olub. TC alt qrupunda isə beynəlxalq münasibətlərə böyük maraq göstərilib. Bu il pedaqoji ixtisaslara da müraciətlərdə artım müşahidə edilib. Xüsusilə ingilis dili müəllimliyi əvvəlki illərlə müqayisədə daha çox seçilib.

IV ixtisas qrupunda Tibb Universitetinin ixtisasları və Bakı Dövlət Universitetindəki biotexnologiya ixtisası diqqət mərkəzində olub. Hətta biotexnologiya ixtisası psixologiyadan daha çox seçilib və üstünlük verilib.

V ixtisas qrupuna gəldikdə isə dizayn sahəsinə və İdman Akademiyasına müraciət edənlərin sayı xeyli artıb. İdman ixtisaslarına maraq əvvəlki illərə nisbətən daha yüksək olub.

Ümumilikdə gənclərimiz bu il daha çox gələcəyin ixtisaslarına yönəliblər. Sadalanan ixtisaslar əmək bazarında daim tələb olunan sahələrdəndir. Nəticələr açıqlandıqdan sonra ümumi mənzərə daha aydın görünəcək”,- deyə o bildirib.

Kamran Əsədovun sözlərinə görə, seçim prosesinin yekun rəqəmlərinə və tendensiyalarına nəzər salanda aydın görünür ki, yüksək bal toplayan abituriyentlərin maraqları konkret istiqamətlərdə cəmləşib:

“Bu seçimlər həm əmək bazarının gözləntilərini, həm də təhsil sistemində yaranmış stereotipləri üzə çıxarır. Ənənəvi olaraq, 600+ bal toplayan abituriyentlərin böyük əksəriyyəti I və IV ixtisas qruplarında cəmləşib. I qrupda yüksək nəticə göstərənlər əsasən mühəndislik və informasiya texnologiyaları sahələrini seçiblər. Riyaziyyat-informatika alt qrupunda yüksək bal toplayanların çoxunun kompüter mühəndisliyi, informasiya texnologiyaları, proqram mühəndisliyi kimi ixtisaslara üstünlük verdiyi müşahidə olunub. Bu, həm qlobal əmək bazarının tendensiyalarından qaynaqlanır, həm də ölkədə IT sahəsinə tələbatın artmasının nəticəsidir. Riyaziyyat-kimya alt qrupunda isə ənənəvi olaraq kimya mühəndisliyi və neft-mexanika ilə bağlı ixtisaslar maraq doğurub, amma son illərdə marağın bir qədər azalması görünür. Bunun səbəbi həm qəbul plan yerlərinin artması, həm də bu sahələrin iş bazarında əvvəlki qədər cazibədar olmamasıdır.

IV qrup üzrə ən yüksək bal toplayan abituriyentlərin seçimi isə daha aydın görünür – tibb. Həkimlik peşəsi hələ də Azərbaycanda prestijli və sosial baxımdan ən çox hörmət olunan sahələrdən biridir. Bu səbəbdən IV qrup üzrə 600+ bal toplayanların böyük qismi “Tibb”, “Stomatologiya” və “Əczaçılıq” ixtisaslarına yönəlib. Təxminən hər il bu ixtisaslarda 650+ bal səviyyəsində kəsim müşahidə olunur. Bu da təsdiq edir ki, ən yüksək nəticə göstərənlər ən çox bu istiqamətdə toplaşır”.

Təhsil eksperti əlavə edib ki, II qrup üzrə yüksək bal toplayanların əsas seçimləri iqtisadiyyat, maliyyə, beynəlxalq ticarət ixtisaslarıdır:

“Burada maraqlı nüans odur ki, abituriyentlər dövlət idarəçiliyi və hüquq sahəsini hələ də sosial təminat və gələcək karyera baxımından “sabit” qəbul edirlər. Xüsusilə hüquqşünaslıq ixtisası həmişə olduğu kimi ən yüksək bal tələb edən ixtisaslardan biri olaraq qalır.

III qrupda yüksək nəticə göstərən abituriyentlərin əsasən hüquq, beynəlxalq münasibətlər və filologiya ixtisaslarına üstünlük verdiyi görünür. Burada xüsusilə beynəlxalq münasibətlər ixtisasına maraq son illərdə artıb və bu istiqamət üzrə keçid ballarının 600 baldan yuxarıya qalxması müşahidə olunur. Bu həm də cəmiyyətin “prestijli” hesab etdiyi ixtisaslara yönəlmənin davam etdiyini göstərir.

V qrup üzrə isə vəziyyət bir qədər fərqlidir. Burada yüksək bal toplayanların sayı azdır, amma onların da əsas seçimləri qabiliyyət tələb edən sahələrdir. Bu ixtisasların real əmək bazarında qarşılığı zəif olduğundan yüksək bal toplayanların çoxu digər qruplara nisbətən burada daha azdır”.

K.Əsədov, həmçinin vurğulayıb ki, dünya təcrübəsi ilə müqayisə etdikdə isə maraqlı mənzərə ortaya çıxır.

“Məsələn, Sinqapur, Cənubi Koreya və Almaniyada yüksək nəticə göstərən şagirdlərin böyük qismi mühəndislik, informatika və dəqiq elmlər üzrə ixtisaslara yönəlir. Çünki bu ölkələrdə dövlətin strateji planları təhsil ilə əmək bazarı arasında real körpü yaradır. Azərbaycanda isə hələ də yüksək bal toplayanların mühüm hissəsi daha çox sosial prestiji olan hüquq və tibb sahəsinə üstünlük verir. Bu, əmək bazarı ilə təhsil arasında ziddiyyətin bir göstəricisidir.

Müsbət tərəfi odur ki, son illərdə yüksək bal toplayan abituriyentlər arasında informasiya texnologiyalarına maraq artır. Bu, Azərbaycanın gələcək iqtisadi inkişafı üçün strateji bir imkan yarada bilər. Mənfi tərəfi isə ondan ibarətdir ki, mühəndislik və fundamental elmlər kimi sahələrdə yüksək bal toplayanların sayı azdır. Nəticədə ölkə iqtisadiyyatının sənaye və texnoloji inkişafı üçün lazım olan kadrlar kifayət qədər formalaşmır.

Buradan nəticə çıxır ki, seçim prosesində yüksək bal toplayanların hansı ixtisaslara üstünlük verdiyi sadəcə şəxsi seçim deyil, həm də təhsil siyasətinin, əmək bazarının və sosial stereotiplərin məhsuludur. Əgər Elm və Təhsil Nazirliyi bu tendensiyaları vaxtında təhlil edib düzgün istiqamət verməsə, gələcəkdə bəzi sahələrdə kəskin kadr çatışmazlığı, bəzilərində isə artıq kadr problemi yaranacaq. Təəssüf ki, Nazirlik bu sahədə nə real proqnoz hazırlayır, nə də valideyn və abituriyentləri marifləndirir. Seçim prosesi faktiki olaraq repetitorların və cəmiyyətin stereotiplərinin diktəsi ilə aparılır. Bu da dövlətin təhsil siyasətində boşluğun açıq göstəricisidir”.

Əmrah Həsənli qeyd edib ki, seçim prosesi yekunlaşandan sonra ayrı-ayrı ixtisas qruplarına baxış göstərir ki, tələbələrin maraq və yönümləri həm ənənəvi, həm də müasir tendensiyalar əsasında formalaşır.

“Birinci ixtisas qrupunda mühəndislik sahələri ön plandadır, xüsusilə informasiya texnologiyaları, kompüter mühəndisliyi, süni intellekt və proqramlaşdırma ilə bağlı ixtisasların populyarlığı son illərdə artmaqda davam edir. Bununla yanaşı, memarlıq və tikinti mühəndisliyi də tələbələr arasında maraq doğuran ixtisaslar sırasındadır.

İkinci ixtisas qrupunda maraq daha çox iqtisadiyyat, maliyyə, idarəetmə kimi ixtisaslara yönəlir. Bu istiqamətlər həm biznes mühitində geniş tətbiq olunması, həm də qlobal əmək bazarında perspektivləri ilə seçilir.

Üçüncü ixtisas qrupunda hüquqşünaslıq lider mövqeyini qoruyur. Bununla yanaşı, pedaqoji ixtisaslar – xüsusilə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, psixologiya və sosial iş də tələbələrin çox seçdiyi istiqamətlərdəndir. Bu maraq son illərdə müəllim peşəsinin nüfuzunun artması və sosial təminatların yaxşılaşması ilə də əlaqəlidir.

Dördüncü ixtisas qrupunda isə ənənəvi olaraq tibb sahəsi üstünlük təşkil edir. Həkimlik, stomatologiya, əczaçılıq kimi ixtisaslar ən yüksək bal toplayan abituriyentlərin əsas seçimləri arasında olur. Bu ixtisasların həm prestijli olması, həm də gələcəkdə sabit karyera təmin etməsi onların populyarlığını artırır.

Ümumilikdə, ixtisas qrupları üzrə seçimlər göstərir ki, abituriyentlərin əsas meyarları gələcək karyera imkanları, ictimai nüfuz və əmək bazarının tələblərinə uyğunluqdur”,- Ə.Həsənli qeyd edib.

Rizvan Fikrətoğlu da öz növbəsində birinci ixtisas qrupunda kompüter yönümlü ixtisaslara böyük maraq müşahidə olunduğunu söyləyib:

“Bununla yanaşı, birinci ixtisas qrupunda Fizika-Riyaziyyat müəllimliyi, Kimya mühəndisliyi, Logistika və Nəqliyyat mühəndisliyi kimi ixtisaslara da tələbat yüksəkdir.

İkinci ixtisas qrupunda isə İqtisadiyyat, Maliyyə, Mühasibatlıq və Davamlı İnkişafın İdarəolunması ixtisaslarına maraq artmaqdadır.

Üçüncü ixtisas qrupunda Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Tarix müəllimliyi, Hüquq və son dövrlərdə xüsusilə Jurnalistika ixtisasına maraq yüksəkdir.

Dördüncü ixtisas qrupunda isə Tibb, İctimai Səhiyyə, Stomatologiya, Əczaçılıq, Kimya və Biologiya müəllimliyi kimi sahələrə olan maraq ön plandadır.

Beşinci ixtisas qrupunda gənclər əsasən Kütləvi İdman, məşqçiliyin müxtəlif növləri və Dizayn ixtisaslarını seçirlər".

Ekspert onu da qeyd edib ki, bir ixtisas üzrə fərqli universitetlərdə ballar arasında ciddi fərqlər müşahidə olunur. Onun sözlərinə görə, eyni ixtisas bəzən bir universitetdə 600 balla, digərində isə 250-300 balla təklif olunur:

"Universitet seçimi baxımından isə Bakı Dövlət Universiteti (BDU), UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Mühəndislik Universiteti (BMU), ADA Universiteti, Dövlət İdarəçəlik Akademiyası (DİA), Milli Aviasiya Akademiyası daha çox üstünlük verilir. Regionlarda isə Gəncə Dövlət Universiteti (GDU), Lənkəran Dövlət Universiteti (LDU) və Naxçıvan Dövlət Universiteti (NDU) kimi ali təhsil müəssisələri daha çox seçilir”,- deyə R.Fikrətoğlu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:611
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri