Icma.az
close
up
RU
Abituriyentlər ən çox hansı ixtisasları seçirlər? Ekspertdən AÇIQLAMA

Abituriyentlər ən çox hansı ixtisasları seçirlər? Ekspertdən AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abituriyentlərin ixtisas seçimi, onların gələcək peşə həyatı və karyera imkanlarını müəyyən edən ən vacib mərhələlərdən biridir. Bu seçim yalnız şəxsi maraq və bacarıqlara deyil, eyni zamanda əmək bazarının tələblərinə, maddi təminat gözləntilərinə, cəmiyyətin peşələrə yanaşmasına və hətta ailə-mühit təsirlərinə əsaslanır.

Bəs abituriyentlər ən çox hansı ixtisaslara üsttünlük verirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, abituriyentlərin ixtisas seçimi zamanı üstünlük verdikləri sahələr hər il bir qədər dəyişsə də, ümumilikdə ölkəmizdə tibb, əczaçılıq, hüquq, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, biznesin idarə edilməsi, maliyyə, psixologiya, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq münasibətlər və müəllimlik ixtisasları xüsusilə də II qrup üzrə müəllimlik ən çox maraq göstərilən sahələrdir. Onun sözlərinə görə, bu marağın səbəbləri müxtəlifdir:

"Əsas səbəblərdən biri əmək bazarında tələbat və iş imkanlarıdır. Abituriyentlər və valideynlər daha çox iş tapmaq ehtimalı olan sahələri seçməyə çalışırlar. Tibb və IT sahəsində qlobal və yerli miqyasda kadr çatışmazlığı bu sahələrdə iş imkanlarını artırır. Maddi təminat baxımından maliyyə, hüquq, IT və tibb sahələrində əməkhaqlarının yüksək olması da marağı stimullaşdırır. Bununla yanaşı, sosial status və nüfuz məsələsi də seçimə təsir edir. Həkim və hüquqşünas kimi peşələrin cəmiyyətdə nüfuzlu sayılması bu sahələrə yönəlməni gücləndirir. Xaricdə təhsil və iş imkanları baxımından isə beynəlxalq münasibətlər, IT və psixologiya sahələrinə maraq daha çoxdur. Bu ixtisaslar üzrə xarici universitetlərə qəbul və beynəlxalq şirkətlərdə iş tapmaq daha asan hesab olunur".

Müsahibimiz qeyd etdi ki, cins fərqliliyinə görə də seçimdə fərqlər müşahidə olunur:

"Qızlar daha çox müəllimlik və psixologiya sahələrinə, oğlanlar isə mühəndislik və IT sahələrinə üstünlük verirlər. Eyni zamanda, bəzi abituriyentlər seçim zamanı şəxsi maraq və bacarıqlarını deyil, yalnız topladıqları balı və ya ailə-mühit təsirini əsas götürürlər. Bu isə gələcəkdə peşəyə uyğunluq və iş məmnuniyyəti baxımından problemlərə səbəb ola bilər".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri