Abituriyentləri ən çox repetitor yanına göndərən ETN dir, yoxsa DİM? AÇIQLAMA
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Biz düşünürük ki, təhsilə ən böyük zərbəni Elm və Təhsil Nazirliyi vurub. Bütün ictimaiyyətdən soruşsanız, belə deyər. Repetitorluğun formalaşmasından danışırıq. Amma biz düşünmürük ki, hər hansı bir şagird 5 və yaxud da 6 fəndən Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanında iştirak edir. Abituriyentləri daha çox repetitor yanına göndərən Elm və Təhsil Nazirliyidirmi, yoxsa Dövlət İmtahan Mərkəzidirmi? Həqiqətən də maraqlı bir sualdır. İctimaiyyət bunu bilməlidir, ictimaiyyət bunu anlamalıdır".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11 illik buraxılış və qəbul imtahanlarına salınan fənlərin çox olamasından danışarkən bildirdi.
Onun sözlərinə görə, abituriyentləri ən çox repetitor yanına göndərən DİM-dir:
"Bütün günah Elm və Təhsil Nazirliyinin üzərinə yıxılır ki, Elm və Təhsil Nazirliyi yaxşı dərs keçmir. Beynəlxalq təcrübəyə diqqət yetirək: SAT imtahanından danışaq, bir fəndir, riyaziyyat-məntiq. Bir fənn üzrə və yaxud da iki fənn üzrə aparılır. İki fənn üzrə qəbul imtahanı keçirilir və bütün dünya bu imtahanla ali təhsil müəssisəsinə tələbə qəbul edir. Azərbaycanda da ADA Universitetinə SAT ilə qəbul həyata keçirilir. Yaxud da xarici tələbə SAT nəticəsi ilə Azərbaycan universitetlərinə rahatlıqla qəbul ola bilər. SAT imtahanı bütün dünyada qəbul olunur, bir-iki fəndir. Əksər ali təhsil müəssisələrinə qəbul imtahanlarına baxsaq, demək olar ki, 5-6 fənn çox az hallarda, az ölkələrdə tətbiq olunur. Demək ki, bizdə də bunu eləmək olar".
Müsahibimiz daha sonra belə bir sual etdi:
"DİM ETN-nin hazırladığı sinif testlərindən hər hansı bir sualı qəbul imtahanına qoyub? Mən görməmişəm. Bəlkə də qoyub. Amma DİM özünün nəşr etdiyi test toplusunun hər il sınaq imtahanına nümunələrini qoyur. Niyə? Oradan daha çox alsınlar, daha çox abituriyentlər ora yönəlsin. Yəni bu, biznes fəaliyyəti deyilmi? Bu biznes marağı deyilmi? Deyirik ki, DİM ETN-nin tədris proqramı əsasında sualları tərtib edir. ETN-nin hazırladığı sinif testlərindən heç yerə sual salınmır. Salsalar, DİM-in test bankları satılmaz".
Ramin Nurəliyev DİM sədri Məleykə Abbaszadənin son müsahibəsində səsləndirdiyi "nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir" sözlərinin təhqir olduğunu bildirdi:
"Ekspertlərin əksəriyyəti namusu, qeyrəti ilə, halal yolu ilə pul qazanan insanlardır. Sən təhsil ekspertlərini tənqid və təhqir edirsən. Bu, əslində dövlət qurumunun rəhbərinin ifadələrinə bənzəmir. Sanki dava-dava deyirsən. Əvvəlcə öz qurumuna bax. Öz qurumunda gör bu fəaliyyəti göstərən şəxslər varmı? DİM-də çalışanlar bunu deyirlər və uşaqlarda maraq oyanır. Uşaqlar da onun yanına getməyə çalışır və bu da qiymətini artırır. Reklam artdıqca nə olur? Avtomatik qiymət artır. Demək ki, repetitorluq fəaliyyətində qiyməti artıran, biznes fəaliyyətinə daha çox maraq göstərən kimdir? DİM-in ekspertləridir.
Təbii ki, DİM şəffaf qurumdur. Yanımda DİM-in şəffaflığı ilə bağlı hər hansı bir qeyri-leqal düşüncə bildirənlərin ağzından vururam. Burada əlbəttə ki, Məleykə xanımın da böyük bir rolu var, yəni bu da danılmazdır. Məleykə xanımın bu istiqamətdə həqiqətən böyük bir rolu var".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 22 Dekabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















