Icma.az
close
up
RU
DİM abituriyentləri riskə atır, təcili bu səhvləri düzəltməlidir! İTTİHAM

DİM abituriyentləri riskə atır, təcili bu səhvləri düzəltməlidir! İTTİHAM

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dövlət İmtahan Mərkəzinin (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron ərizə qəbuluna sabah start verməsi, lakin bu prosesə dair rəsmi “Abituriyent 1” jurnalının əvvəlcədən çap olunmaması, ciddi nöqsandır və abituriyentlərin haqlarının pozulmasına gətirib çıxarır”.
Modern.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, DİM-in bu prosesi şəffaf və əlçatan etməsi üçün əsas addımlardan biri “Abituriyent” jurnalını vaxtında çap etmək və ictimaiyyətə çatdırmaqdır.
“Bu jurnal abituriyentlər üçün yalnız bir məlumat mənbəyi deyil, həm də onların hüquqlarını bilmək, qəbul qaydalarından xəbərdar olmaq və elektron ərizə vermə prosesində yolunu itirməməsi üçün əsas bələdçidir. Jurnal çap edilmədiyi və ya gec dərc edildiyi halda, abituriyentlər ya yanlış məlumat alır, ya da ümumiyyətlə ərizə prosesinə dair biliklərdən məhrum olur”.

K.Əsədov deyib ki, DİM-in illərdir davam edən ən böyük problemlərindən biri jurnalların tamamilə lazımsız vaxtda çap edilməsi və yayılmasıdır.
“İxtisas seçimi jurnalı seçim prosesinə bir gün qalmış çap edilir, indi isə abituriyentlər və kolleclərə müraciət edənlərə yol göstərən “Abituriyent 1” jurnalı ümumiyyətlə yoxdur. Bunun nəticəsi isə aydındır: insanlar ya ərizəni düzgün doldura bilməyəcək, ya da məcburən ödəniş qarşılığında kimlərdənsə bu xidməti almalı olacaq.

Bu DİM-in ictimai vəzifəsini yerinə yetirməməsi deməkdir. Qurum abituriyentlərin qəbul prosesində iştirakını rahatlaşdırmaq əvəzinə, onları çətin vəziyyətə salır və kommersiya maraqlarını gücləndirir. Nəticədə insanlar ya ərizə verməkdən çəkinəcək, ya da pul xərcləyərək bu prosesi başqalarına həvalə edəcək. Halbuki, DİM-in əsas vəzifəsi prosesləri şəffaf, açıq və hər kəs üçün əlçatan etməkdir. Əgər elektron ərizə qəbulu başlayırsa, onu müşayiət edəcək rəsmi jurnal da vaxtında çap olunmalıdır!”.
K.Əsədovun fikrincə, indiki vəziyyət bir daha göstərir ki, DİM prosesləri sistemsiz və plansız şəkildə idarə edir.
“Təhsil sistemində mühüm qərarlar qəbul edən bir qurumun bu qədər laqeyd yanaşması, abituriyentlərin taleyini riskə atır. Əgər qəbul prosesi ilə bağlı məlumatlandırma işləri gecikirsə, bu, abituriyentlərin hüquqlarına birbaşa müdaxilədir. Təhsil müəssisələrinə qəbul ciddi bir prosesdir və DİM-in bu məsələyə səthi yanaşması qəbuledilməzdir.

DİM-in bu səhvləri düzəltməsi üçün təcili olaraq “Abituriyent 1” jurnalını çap edib ictimaiyyətə təqdim etməsi, elektron ərizə prosesini addım-addım izah edən rəsmi resursları (video, broşura və s.) təqdim etməsi və bu mövzuda geniş maarifləndirmə işləri aparması vacibdir. Əks halda, bu cür gecikmələr və məsuliyyətsizlik abituriyentlərin haqsız yerə çətinlik çəkməsinə səbəb olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri