Icma.az
close
up
RU
Abortlar problemi təkcə qanunla həllini tapa bilməz Həkim ginekoloq

Abortlar problemi təkcə qanunla həllini tapa bilməz Həkim ginekoloq

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Demoqrafik problem yaranır, qız uşaqlarının sayı azalır, oğlan uşaqlarının sayı artır, balans pozulur


Abortların qarşısının alınması üçün əsas profilaktik tədbirlərdən biri ailə planlamasının həyata keçirilməsidir


Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək. Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abortetmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abortetmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. 


Eyni zamanda layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qüvvədə olan Məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Həkim-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik qadınların sağlamlığının qorunması və həkim məsuliyyətinin artmasına yönəlib. Lakin selektiv abortlar problemi təkcə bununla həllini tapa bilməz: 

- Tibdə belə deyim var: "Ən uğurlu” abort da təhlükəlidir". Bu, həqiqətən də belədir. Selektiv abortlar bir çox problemlərə səbəb olur. Abortlar nəticəsində qadınların sağlamlığı, sağlam övlad dünyaya gətirmək imkanları getdikcə zəifləyir. Demoqrafik problem yaranır, qız uşaqlarının sayı azalır, oğlan uşaqlarının sayı artır, balans pozulur. Abortların qarşısının alınması üçün əsas profilaktik tədbirlərdən biri ailə planlamasının həyata keçirilməsidir. Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür. Çox təəssüf ki, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil. Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu, çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər. 

F.Hüseynzadə qeyd etdi ki, ümumiyyətlə, abortlar 2 qrupa ayrılır; erkən və gec abortlar. Hər bir halda abortlar qadın sağlamlığı üçün təhlükəli bir prosesdir: 

- Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Abortlar sonsuzluğun əsas səbəblərindən biridir. Çünki abort zamanı uşaqlıq və uşaqlıq boynu ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxara bilir. Selektiv abort üzrə də ölkədə vəziyyət ürəkaçan deyil. Bu hal təbii cinsi tarazlığın pozulmasına səbəb olur. Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilir. Abortlar mütləq həkim göstərişi ilə, dölün inkişafdan qaldığı müəyyən edilibsə, digər müəyyən səbəblər ortaya çıxıbsa, körpənin qüsurlu, müəyyən ağır xəstəliklə dünyaya gələcəyi müəyyən edilibsə, yaxud qadının həyatına real təhlükə varsa, aparılmalıdır.


Həkim qeyd etdi ki, bu məsələ daim xanımların diqqətinə çatdırılır ki, vaxtlı-vaxtında tibbi müayinədən keçməlidirlər: 

- Hər hansı problemin yaranma ehtimalı varsa, bu, ilkin mərhələdə müəyyənləşməli və qarşısı alınmalıdır. Lakin təəssüf ki, xanımlarımız həkimə bəzən çox gec müraciət edir. Uşaqlığın, uşaqlıq boynunun xərçəngi, yumurtalıqlarda kistoz və sair bu kimi patalogiyaların aradan qaldırıla bilinməməsinin səbəbi müayinə və müalicədə gecikmələrdir. Hamilə xanımlar da həmçinin, mütəmadi həkim nəzarətindən keçməlidirlər. Plansız hamiləliklər ağır fəsadlara gətirib çıxarır.  Hamiləliyin məqsədli şəkildə, süni yollarla pozulması halları artdıqca, qadın orqanizmində fəsadlar da artır. Selektiv abortlarsa demoqrafik mənzərəni mənfiyə doğru dəyişir. Qadın hamiləlikdən öncə də, hamiləlik dövründə də ictimaiyyət və millət qarşısında ciddi məsuliyyət daşıdığını bilməlidir. Həkimlər də məsuliyyətlərini başa düşməli, ciddi səbəb yoxdursa, abort etməkdən imtina etməlidirlər. Xanımlarımız nəhayət ki, ailə planlanmasının aparılmasını, arzuolunmaz hamiləlikdən qorunma üsullarını bilməlidirlər. Hər bir abort qadını bir neçə il geri salır və xilası olmayan xəstəliklərə aparır.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri