Icma.az
close
up
RU
Erkən yaşda aparılan abortlar ciddi fəsadlara yol açır Ginekoloq

Erkən yaşda aparılan abortlar ciddi fəsadlara yol açır Ginekoloq

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb. “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsinə görə, 2024-cü ildə ölkədə 78 245 abort qeydə alınıb. Onlardan 72-si 15-17 yaş, 2 751-i isə 15-19 yaş qrupuna aiddir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ginekoloq Zəhra Vəliyeva bildirdi ki, abort, yəni hamiləliyin süni yolla pozulması, qadın orqanizmi üçün həmişə ciddi risklər daşıyan bir prosesdir.

"Abortun növündən, müddətindən və qadının yaş kateqoriyasından asılı olmayaraq, bu prosedur orqanizmdə müəyyən izlər və fəsadlar yarada bilər. Xüsusilə yeniyetmə yaşlarında yəni 14-18 yaş aralığında abort olunması vəziyyəti daha da ciddi hesab olunur. Yeniyetmə qızlarda reproduktiv sistem hələ tam formalaşmayıb. Uşaqlıq, uşaqlıq boruları, uşaqlıq boynu və daxili cinsiyyət orqanları tam yetkin deyil, reproduktiv funksiyalar hələ tam işlək vəziyyətə gəlməyib. Bu səbəbdən, erkən yaşda aparılan abortlar müxtəlif ciddi fəsadlara yol açır. Bunlar arasında uşaqlığın və boruların iltihabları, cinsiyyət orqanlarının infeksiyaya qarşı həssaslığının artması, gələcəkdə ikincili sonsuzluq riski, təkrarlanan pozulmuş hamiləliklər, hətta ölü dölün doğulması halları da müşahidə edilə bilər".

Ginekoloq əlavə etdi ki, yeniyetmə orqanizmində qan göstəriciləri, hormonal balans və digər daxili orqanların funksiyaları da abort sonrasına mənfi təsir göstərə bilər:

"Məsələn, qanaxma riski, anemiya, hormonal pozğunluqlar və immunitet sistemində zəifləmə halları erkən abortlardan sonra daha tez-tez müşahidə olunur. Erkən yaşda abort yalnız fiziki deyil, həm də psixoloji təsir yarada bilər. Yeniyetmə orqanizmində cinsi inkişaf prosesi davam etdiyi üçün, abortdan sonra travma, qorxu və emosional stress də uzun müddətli fəsadlara səbəb ola bilər.

Erkən yaşda abortların qarşısının alınması, gənc qızların sağlamlığının qorunması üçün təhsil, cinsi tərbiyə və təhlükəsiz reproduktiv sağlamlıq haqqında məlumatlandırılmanın  artırılması həyati əhəmiyyət daşıyır. Həkimlər və valideynlər birgə şəkildə yeniyetmələri risklərdən qorumaq, onların sağlam reproduktiv inkişafını təmin etmək üçün çalışmalıdırlar", - deyə Zəhra Vəliyeva qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri