ABŞ 5 Çin şirkətinə sanksiya tətbiq etdi KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Şirkətlər 2022-ci ildə qəbul edilmiş ABŞ intellektual mülkiyyətinin müdafiəsi haqqında qanun çərçivəsində sanksiya siyahısına daxil edilib.
Siyahıya “MiraclePlus” kimi də tanınan “Qiji Chuangtan Beijing Investment Management” investisiya şirkəti, onunla əlaqəli üç struktur, həmçinin “Shanghai Zhisuan Technology” daxil edilib. Onların siyahıya salınmasının konkret əsasları isə açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin saytında ABŞ Prezidenti Donald Trampın Qrem qanununda nəzərdə tutulmuş Rusiyaya qarşı sanksiyaları tətbiq etməkdən imtina etdiyini əks etdirən fərman dərc olunmuşdu.
Öz növbəsində ABŞ-nin energetika naziri Kris Rayt Vaşinqtonun Rusiya neftinə qarşı tətbiq edilən sanksiyalardan heç birini yumşaltmadığını bəyan edib. Nazirin sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya nefti ilə bağlı “sıfır sanksiyanı yumşaldıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 19 Oktyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















