Flaviu Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
Braziliyada prezidentliyə keçmiş namizəd Flaviu Bolsonaro özünü seçkilərin qalibi hesab etdiyini və xaricdən siyasi mübarizəni davam etdirəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, o, “X” sosial şəbəkəsində paylaşdığı müraciətində seçkilərin “saxtalaşdırıldığını” iddia edərək beynəlxalq ictimaiyyəti ölkədə baş verənlərə laqeyd qalmamağa çağırıb.
Flaviu Bolsonaro Braziliya azad ölkəyə çevrilənədək siyasi mübarizəsini davam etdirəcəyini vurğulayıb. O, ABŞ-yə getməsini Şarl de Qoll və Xose Marti kimi tarixi şəxsiyyətlərin taleyi ilə müqayisə edib.
“Efe” agentliyinin məlumatına görə, Bolsonaro seçkilərin ədalətsiz keçirildiyinə dair heç bir sübut təqdim etməyib. Braziliyanın bütün siyasi partiyaları, o cümlədən onun namizədliyini irəli sürən Liberal Partiya səsvermənin nəticələrini tanıyıb.
Qeyd edək ki, bazar günü keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva yenidən prezident seçilib. Flaviu Bolsonaro məğlubiyyətini qəbul etməyərək ABŞ-yə gedib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Oktyabr 2026 06:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















