Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

ABŞ 55 illik strategiyaya geri qayıdır...

ABŞ 55 illik strategiyaya geri qayıdır...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Niksondan başlayan yolun estafetini Tramp ələ alır

Plan açıqlandı: Əsas hədəf Çin-Rusiya müttəfiqliyidir

Son bir neçə ayda beynəlxalq münasibətlər sistemində “oyun qaydaları” aktiv şəkildə dəyişməkdədir. İllərdir ki, şahidlik etdiyimiz ənənəvi “Qərb koalisiyası” artıq süqutunu elan edir. ABŞ ilə Aİ arasında yaranan uçurum get-gedə artmaqdadır. Bunun əksinə, Tramp administrasiyasının Kreml ilə yaxınlaşması, hətta Qərbin “Ukrayna maraqlarının” ikitərəfli münasibətlərə qurban verilməsi hər kəs tərəfindən təəccüblə qarşılanır - necə olur ki, ABŞ özünün son bir neçə illik strategiyasını, prioritetlərini bir kənara qoyaraq Moskva ilə daha isti əlaqələrə üstünlük verir. Ər-Riyadda keçirilən görüşün ən yaddaqalan mahiyyəti də məhz iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələsinin formalaşdırılmasına “hazırlıq məşqi” sayılır.

Eldar Namazov: Çin-ABŞ-Rusiya üçbucağı tarixi bir problemdir...

Amma bu heç də qəribə deyil - bu, ənənəvi ABŞ dövlət strategiyasının fərqli “yola” əsaslanan tezisidir. Bir neçə gün öncə İTV-də yayımlanan “Aydınlıq” müəllif verlişində politoloq Eldar Namazov bununla bağlı maraqlı fikirlər səsləndirib. E.Namazov deyib ki, Bayden administrasiyası Rusiya-Ukrayna müharibəsini iki qütb arasında qarşıdurmanın bir hisəsi hesab etsə də, Trampın məsələyə baxışı fərqlidir. Bayden düşünürdü ki, müharibəni uzatmaq, Rusiyanı zəiflətmək Qərbin xeyrinədir - ona görə də müharibəni dayandırmaq istəmirdi: “Tramp üçün isə bu müharibə Qərb-Rusiya deyil, ABŞ - Çin qarşıdurmasının bir parçası kimi xarakterizə olunur. Trampın əsas rəqibi Çindir və bütünlüklə strategiyası da gələcəkdə Çinlə potensial toqquşmadan qalib ayrılmaqdır. Bu mənada, ABŞ-ın hazırki vəziyyəti o qədər də yaxşı deyil - ABŞ Çin ilə rəqabəti uduzur. İldən ilə Çinin iqtisadiyyatı daha yüksək templə inkişaf edir, hətta texnologiya ilə bağlı bəzi sahələrdə də ABŞ-ı ötüb. Hərbi baxımdan da Çinin çox böyük potensialı var. Çin yaxın gələcəkdə, təxminən 5-10 ilə nüvə potensialını da ABŞ-a qarşı uyğunlaşdıracaq. Bunu ABŞ siyasətçiləri də Tramp da görür. Tramp deyir ki, mənim ən böyük rəqibim Çindir”.

E.Namazov deyib ki, Tramp Çinlə mübarizədə ona mane olan bütün hər şeydən yaxasını qurtarmağa çalışır ki, bunların da biri Ukrayna müharibəsidir. Çünki bu müharibə həm vaxt, həm də maliyyə itkisidir: “Eyni zamanda, bu muharibə Rusiya ilə Çin arasında ittifaq formalaşdırır. O ittifaq isə Çini daha da gücləndirir. Bu nöqtəyə daha diqqətlə yanaşaq. Çin-ABŞ-Rusiya üçbucağı tarixi bir problemdir. Hələ keçən əsrin 70-ci illərində ABŞ siyasətçiləri bildirirdilər ki, dünyanın taleyini gələcəkdə üç dövlət, SSRİ-ABŞ-Çin həll edəcək. Həmin vaxt əsas hədəf SSRİ ilə Çinin birgə əməkdaşlığına mane olmaq idi. Onlar birləşsəydilər, ABŞ uduzacaqdı. Hələ 1970-ci illərdə ABŞ prezidenti Niksonun Çinə səfəri və Mao Tszedunla görüşü çox böyük sensasiyaya səbəb olmuşdu - təqribən indiki Tramp-Putin münasibətləri kimi. Çünki bundan az əvvəl ABŞ ilə Çin Koreyada üz-üzə dayanmışdı. Birdən birə Nikson hakimiyyəti dövründə ABŞ-Çin münasibətləri yaxınlaşdı. Ondan sonra bütün ABŞ prezidentləri bir qaydaya riayət edirdilər - ABŞ diplomatiyasının qızıl qaydası SSRİ ilə Çinin birləşməsinə imkan verməmək idi. ABŞ buna nail oldu, Çinlə yaxınlaşdı və bunun nəticəsində SSRİ “Soyuq müharibə”ni uduzdu. Bu qızıl etalon ABŞ diplomatiyasının 50 illik qanunudur. Tramp bu gün dediyi də məhz həmin məsələdir ki, Bayden bu qanunauyğunluğu pozub. Bayden elə bir şərait yaratdı ki, Çin ilə Rusiya yaxınlaşdı. Hazırda Tramp Rusiya ilə münasibət qurub onu Çindən uzaqlaşdırmaq istəyir və bu da ABŞ-ın ənənəvi strategiyasıdır”.

Çin SSRİ-yə necə “düşmən” oldu?

Qeyd edildiyi kimi, II Dünya müharibəsindən sonra dünyanın iki siyasi qütbə bölünməsi ilə başlanan soyuq müharibə sonda “tək qütb” formalaşdırmalı idi. Bu, ya kapitalist dünyasının lideri ABŞ, ya da sosialist rejiminin əsas dayağı SSRİ olmalı idi. SSRİ-nin sosialist qrupunun arxasında ən mühüm amillərdən biri - əhali çoxluğuna malik olan birlik dayanırdı. ABŞ ilkin növbədə özünün siyasi  kursunu SSRİ ilə Çin arasında ixtilaf yaratmağa fokusladı - yenə də sərhəd məsələsi “ən böyük təhlükə” kimi vurğulanırdı. Qeyd edək ki, SSRİ ilə Çin arasındakı sərhəd ixtilafları 1950-ci illərin sonlarında başlamışdır. 1962-ci ilin mayında təxmini olaraq 60.000 uyğurun iqtisadi səbəblərlə əlaqədar olaraq SSRİ sərhədindən Çinin Sintszyan-Uyğur Muxtar Rayonuna köçməsi dövrün Çin mediası tərəfindən təbliğat vasitəsinə çevrilmişdi və bununla əlaqədar olaraq iki ölkə arasında gərginlik getdikcə artmışdı. Bu hadisədən dərhal sonra Çin ilə SSRİ arasında heç cür həll edilə bilinməyən sərhəd məsələlərinin həlli ilə bağlı görüşlər başladı. Görüşlərdə Çin Tzin sülaləsi ilə Çar Rusiyası arasındakı XIX əsrdəki sərhədlər daxilinə qayıtmağı təklif etdi - Sovet İttifaqına görə isə Çin o dövrdəki torpaqları haqsız olaraq ilhaq etmişdi. Çin bağlanacaq müqaviləyə görə Tacikistanın şərqindəki təxmini olaraq 52.000 kvadrat kilometr bir sahəni istəyirdi.

İlk döyüş 2 mart 1969-cu ildə Çin ordusuna bağlı bir qrup əsgərin şərqdəki münaqişənin əsas səbəbi olan Zhenbao adasında SSRİ-yə bağlı olan sərhəd keşikçilərini pusquya salması ilə başladı. Bunun özünə qarşı təcavüz kimi qiymətləndirən SSRİ 15 mart 1969-cu ildə Ussuri çayı və Zhenbao adasındakı Çin hərbi birliklərini bombardman etdi. 16 martda Çin ordusu adanı ələ keçirmiş SSRİ qüvvələrinə qarşı əks-hücuma başladı. 18 martda Çin birlikləri ağır itkilər verdi və SSRİ qüvvələri tərəfindən Zhenbao adasından uzaqlaşdırıldı. Şərqlə paralel qərbdə də Sincanda da iki ölkə arasında döyüşlər davam edirdi. Artan gərginliklər SSRİ ilə Çin arasında nüvə müharibəsi ehtimalını ortaya çıxardı. Dövrün iki kommunist nəhəngi arasında potensial nüvə müharibəsi təhlükəsinə qarşı ABŞ və Qərb dövlətlərinin vasitəsilə diplomatik yollar tapıldı. Nəhayət, 1980-ci illərdə Qorbaçov hakimiyyətə gəldikdən sonra SSRİ xarici siyasətində dəyişikliklər edildi - O, Çinlə münasibətlərin yaxşılaşdırılması üçün Çinə düşmən olan Vyetnamı dəstəkləməyə son qoydu və Əfqanıstandan qoşunların çıxarılması göstərişini verdi.  1989-cu ildə Qorbaçovun Pekin səfəri baş tutdu və bu səfər münasibətlərin tam bərpa olunmasına gətirib çıxardı. Amma artıq gec idi - SSRİ-nin dağılma planı masa üzərində, kapitalist qütbünün ön plana keçməsi isə an məsələsi idi.

Pekindən sonra hədəf Moskva olacaq?

Belə demək mümkündürsə, 35 ildən sonra  proseslər təxminən eyni məcrada, fərqli assosasiya ilə yenidən cərəyan edir. Yenə Rusiya ilə Çin arasında cənub sərhədləri ilə bağlı problemlər “cücərdilir”. ABŞ bu dəfə Kremllə yaxınlaşmanı hədəfləyir. Amma növbəti mərhələdə, yəni, Çinə qarşı təxmin edilən “qalibiyyətdən” sonra Ağ ?vin hədəfinin Moskva olmayacağına da qarantiya verilmir...

P.SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see694

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see290

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see290

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see272

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see269

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see264

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see257

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see256

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see254

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see248

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see239

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see234

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see234

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see230

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see229

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see222

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see221

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri