ABŞ a buraxılmayan hakimə UEFA dan böyük etimad
Icma.az bildirir, Qol.az portalına istinadən.
UEFA Superkubokunun final oyununun baş hakimi müəyyənləşib.
QOL.az xəbər verir ki, UEFA Fransa təmsilçisi “PSJ” ilə İngiltərənin “Aston Villa” klubları arasında keçiriləcək matçı somalili hakim Ömər Əbdülqadir Artana həvalə edib.
Maraqlıdır ki, Artan qısa müddət əvvəl DÇ-2026-da hakimlik etmək üçün ABŞ-a getsə də, ölkəyə buraxılmamışdı. O, Mayami Beynəlxalq Hava Limanında saxlanılmış və ABŞ ərazisinə girişinə icazə verilməmişdi. Daha sonra İstanbul üzərindən Somaliyə qayıtmışdı.
2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən ilin hakimi seçilən Artan dünya çempionatında işləyəcək ilk somalili hakim olmağa hazırlaşırdı.
Qeyd edək ki, UEFA Superkuboku uğrunda “PSJ” və “Aston Villa” arasında keçiriləcək qarşılaşma avqustun 12-də baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 11 İyun 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















