Icma.az
close
up
RU
ABŞ administrasiyasının ilk böyük diplomatik tədbiri QUAD la bağlı olub AZƏRTAC

ABŞ administrasiyasının ilk böyük diplomatik tədbiri QUAD la bağlı olub AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekin, 22 yanvar, AZƏRTAC

Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) qrupuna daxil olan ABŞ, Yaponiya, Avstraliya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin Vaşinqtonda növbəti görüşü keçirilib.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Dövlət Departamentində keçirlən görüş Marko Rubionun ABŞ-ın dövlət katibi vəzifəsində birinci çoxtərəfli toplantısı olmaqla yanaşı, Donald Tramp administrasiyasının ilk böyük diplomatik tədbiridir. Marko Rubio həmkarları İvaya Takeşi (Yaponiya), xanım Peni Vonq (Avstraliya) və Subrahmanyam Cayşankar (Hindistan) ilə azad və açıq Hind-Sakit okean regionu üçün əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib.

Görüşün yekununa dair qəbul olunmuş bəyanatda deyilir ki, tərəflər Hind-Sakit okean regionu xalqlarının inkişafının əsasını beynəlxalq hüquq, iqtisadi imkanlar, sülh, bütün sahələrdə, o cümlədən dəniz sferasında sabitliyin və təhlükəsizliyin təşkil etdiyini vurğulayıblar. Dördlük güc yolu ilə status-kvonun dəyişdirilməsinə yönəlmiş birtərəfli hərəkətlərə qətiyyətlə qarşı olduğunu bəyan edib. Nazirlər mütəmadi əsasda dialoqu davam etdirməyi və qrupun Hindistanda keçiriləcək növbəti liderlər toplantısına hazırlıq məsələlərini müzakirə etməyi qərara alıblar.

Qeyd edək ki, QUAD Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət mexanizmi kimi 2007-ci ildə təsis edilib. 2017-ci ilin noyabrında dörd ölkə Hind-Sakit okean regionunda vacib gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək strategiyası çərçivəsində yeni koalisiya formalaşdırıb. Avstraliya, ABŞ, Hindistan və Yaponiya xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. 2021-ci ilin martında isə QUAD liderlərinin ilk sammiti virtual formatda baş tutub. QUAD liderlərinin ilk əyani sammiti 2021-ci ilin sentyabrında Vaşinqtonda, növbəti sammitlər 2022-ci ilin mayında Tokioda, 2024-cü ilin sentyabrında Uilminqtonda (ABŞ) keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri