Icma.az
close
up
RU
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir

QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 17 noyabr, AZƏRTAC

Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) qrupuna daxil olan ABŞ, Yaponiya, Avstraliya və Hindistanın liderlərinin Filippinin paytaxtı Manilada görüşü keçirilir.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əlaqəli liderlər toplantıları çərçivəsində keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp, Yaponiyanın Baş naziri Sanae Takaiçi, Avstraliyanın Baş naziri Entoni Albaniz və Hindistanın Baş naziri Narendra Modi dəniz və iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Medianın məlumatına görə, tərəflər Hind-Sakit okean regionunda güc balansı, yarımkeçiricilər, batareyalar və yüksək texnologiyalar üçün vacib olan kritik mineralların təchizatı, süni intellekt, texnoloji təhlükəsizlik və əməkdaşlıq, enerji təhlükəsizliyi kimi məsələləri də nəzərdən keçirəcək. Bu, QUAD-ın 2024-cü ilin sentyabrından bəri liderlərin ilk görüşüdür.

Yaponiya rəsmilərin sözlərinə görə, danışıqlardan sonra yekun sənədin qəbul edilməsi gözlənilir.

Bu görüş ABŞ, Çin və Rusiya arasında tarixdə ilk dəfə keçiriləcək üçtərəfli sammitdən əvvəl baş tutur. Yaponiya narahatdır ki, sövdələşmələrə meyilli yanaşması ilə tanınan Donald Tramp Çinin Hind-Sakit okean regionunda hərbi fəaliyyətini gücləndirdiyi və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal apardığı bir vaxtda Pekin və Moskvaya qarşı güzəştli mövqe tuta bilər. Tokio, həmçinin ehtiyat edir ki, bu ayın əvvəlində ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri – Demokratların Konqresin hər iki palatasına nəzarəti geri qaytarması – Trampın Respublikaçı administrasiyasını Çin, Rusiya və Şimali Koreyaya qarşı siyasətini dəyişərək diplomatik qazanc əldə etməyə sövq edə bilər.

Qeyd edək ki, QUAD Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət mexanizmi kimi 2007-ci ildə təsis edilib. 2017-ci ilin noyabrında dörd ölkə Hind-Sakit okean regionunda vacib gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək strategiyası çərçivəsində yeni koalisiya formalaşdırıb. Avstraliya, ABŞ, Hindistan və Yaponiya xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. 2021-ci ilin martında isə QUAD liderlərinin ilk sammiti virtual formatda baş tutub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri