Icma.az
close
up
RU
QUAD ölkələrinin dəniz təlimləri başlayıb

QUAD ölkələrinin dəniz təlimləri başlayıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pekin, 5 noyabr, AZƏRTAC

Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) qrupuna daxil olan ABŞ, Yaponiya, Avstraliya və Hindistan illik “Malabar” dəniz təlimlərinə başlayıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Hind-Sakit okean bölgəsində regional əməkdaşlığı gücləndirməyi hədəfləyən QUAD-ın təlimlərinə Yaponiya esminesi və sualtı qayığı, eləcə də digər üç iştirakçı ölkənin freqatları və gəmiləri daxildir.

Yaponiya dəniz özünümüdafiə qüvvələrinin Yokosuka bazasında "İse" esminesi ilə keçirilən açılış mərasimində təxminən 200 komandir və şəxsi heyət iştirak edib. Donanma komandiri vitse-admiral Omaçi Katsuşi eyni düşüncəli ölkələrlə sıx koordinasiyanın dəyərini vurğulayıb.

"Ünsiyyət qurmaq, əlaqələndirmək və birlikdə fəaliyyət göstərmək qabiliyyətimiz ortaq problemlərin həlli və dəniz komandanlığının təhlükəsizliyi üçün vacibdir", - deyə vitse-admiral bildirib.

ABŞ-nin 7-ci donanmasının komandiri vitse-admiral Patrik Hannifin Hind-Sakit okean bölgəsinə qarşı hər hansı bir təhdidin ortaq olduğunu, buna görə də komanda işinin vacibliyini bildirib.

Təlimlər noyabrın 12-dək davam edəcək.

QUAD Asiya-Sakit okean regionunda və Hind okeanı zonasında qarşılıqlı fəaliyyət mexanizmi kimi 2007-ci ildə təsis edilib. 2017-ci ilin noyabrında dörd ölkə Hind-Sakit okean regionunda vacib gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək strategiyası çərçivəsində yeni koalisiya formalaşdırıb.

QUAD rəsmi hərbi ittifaq deyil və NATO kimi kollektiv müdafiə öhdəliyi yoxdur. Lakin son illərdə onun hərbi və təhlükəsizlik əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri