Icma.az
close
up
RU
ABŞ Avropanın təhlükəsizliyi ilə bağlı fiziki və maliyyə yüklərini öz üzərinə götürmək niyyətində deyil

ABŞ Avropanın təhlükəsizliyi ilə bağlı fiziki və maliyyə yüklərini öz üzərinə götürmək niyyətində deyil

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Respublikaçı konqresmen Brayan Fitzpatrik Ukrayna və ABŞ hökumətləri arasında yerin təki sazişinin imzalanması ilə bağlı yeni razılaşmanın əldə olunduğunu açıqlayıb. Konqresmenin sözlərinə görə, mədənçilikdən əldə edilən gəlirin bölüşdürülməsi sazişinin “yaxın gələcəkdə imzalanacağına dair razılaşma var ki, bu da ABŞ və Ukrayna arasında güclü uzunmüddətli iqtisadi tərəfdaşlığa gətirib çıxaracaq”. Brayan Fitzpatrik, həmçinin ABŞ rəhbərliyinin bu sazişin imzalanmasının “təbii ki, təhlükəsizlik yardımı göstərəcəyi” mövqeyini bir daha təkrarlayıb. Bundan əvvəl, Zelenskinin Trampla qalmaqallı bir görüşü keçirildi...

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Trampla görüşdə Zelenskinin bir qədər sakit davranmalı olduğuna dair fikirlər var: “Nəzərə almaq lazımdır ki, Zelenski üç ildir müharibə vəziyyətindədir. Hər gün onun ölkəsində yüzlərlə insan həyatını itirir, dağıntılar var. Ölkədə humanitar böhran və çox ciddi problemlər var. Yəni onun emosional vəziyyəti də anlaşılandır. Donald Tramp Zelenskini qəbul etdiyi vaxt ilk dəqiqələrdən hələ qapıda qarşılanan zaman ona atmacalı sözlərlə sataşmağa çalışdı. İlk öncə qapının ağzında onun geyimi, kostyumunun olmaması ilə bağlı məsələni qabartdı. Ardınca da özünün təbliğatçısı olan şəxs eyni sualı mətbuata açıq hissədə verdi. Hansı ki, protokol qaydalarına görə, adətən liderlərin görüşündə təxminən 5, maksimum 10 dəqiqəlik mətbuata açıq görüş həyata keçirilir. Orada tərəflər dekorativ ifadələr səsləndirirlər, pozitiv tonda fikirlər söylənir və ondan sonra danışıqlar qapalı formatda, bağlı qapılar arxasında aparılır və orada hansısa bir gərginlik ola bilərsə, bu da artıq mətbuata qapalı olur. Hansı səbəbdənsə bu görüş 40 deyil, 49 dəqiqə mətbuata açıq keçirildi və orada nələrin yaşandığını hər birimiz gördük. Şübhəsiz ki, bu vəziyyətin alınmasında ABŞ tərəfinin rolunun daha çox olduğunu düşünürəm. Belə ki, Amerika tarixində bəlkə də çox nadir hallardan biri idi ki, vitse-prezident iki ölkə başçısının danışıqlarına bu qədər müdaxilə edərək ortalığı qarışdırdı və gərginliyi artırdı, hətta bir ölkənin prezidentinə barmaq sallayaraq, onu təhdid etdi. Yəni bunlar xoş məsələlər deyildi. Zelenskinin Amerikadan bir istəyi var idi. Nadir, mineral ehtiyatların işlənməsi və istismar edilməsinin qarşılığında Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi. Amma Amerika Birləşmiş Ştatlarının prezidenti bildirirdi ki, anlaşma imzalanacaq və ərazilər istismar ediləcək, amma bunun qarşılığında heç bir təhlükəsizlik təminatı verilməyəcək. Yəni hər şey bu qədər açıq şəkildə ortalıqda olduğu halda, bəlkə də belə düşünmək olar ki, Zelenski Vaşinqtona getməsəydi daha yaxşı olardı”.

Oqtay Qasımov

Oqtay Qasımov qeyd edib ki, tərəflər arasında münasibətlər onsuz da müəyyən gərginliklə müşahidə olunurdu: “Həmin görüşdən bir həftə əvvəl Donald Tramp Zelenskini "diktator" adlandırmışdı. Onun hakimiyyətdən getməsinin vacibliyini vurğulamışdı. Tramp Zelenskini savaşı başlatmaqda ittiham etmişdi. Bunlar qəbul olunası məsələlər deyil və nəzərə alsaq ki, müharibə gedən ölkədə seçkilərin keçirilməsi mümkün deyil, belə bir məsələ ilə Zelenskini ittiham etmək əslində vicdansızlıqdır. Trampın əslində söylədiyi fikirlərin əksəriyyəti Putinin fikirləri ilə üst-üstə düşürdü desək, yanılmarıq”.

Oqtay Qasımovun fikrincə, indiki halda Ukraynanın NATO-ya qəbul edilməsi mümkün deyil və Zelenski bunun başqa formalarda həlli yollarının həyata keçirilməsini istəyir.

“Vaşinqtondakı bu gərgin görüş əslində, həm də bəlkə də bir mərhələnin qapanması, yaxud tarixin qırılma anı kimi də dəyərləndirilə bilər. Amerika Birləşmiş Ştatları açıq şəkildə bu görüşdə Ukraynadan yalnız ipləri qoparmadı, həm də Avropa ilə də iplər qoparıldı. Əslində Trampın Fransa prezidenti, İngiltərə baş naziri və Polşa prezidenti ilə görüşləri də faktiki olaraq, elə Zelenski ilə keçirilən görüşə yaxın bir atmosferdə baş tutmuşdu. Sadəcə olaraq həmin şəxslər daha təcrübəli və daha sakit tərzdə yaşayan dövlətin nümayəndələri olduqları üçün onlar diplomatik formada bu proseslərdən yayınmağı bacardılar. Xüsusilə də, Makronun Trampla olan görüşündəki gərgin anları da yaxşı xatırlayırıq”-deyən Oqtay Qasımov hesab edir ki, bundan sonra şübhəsiz ki, Ukrayna üçün çox çətin olacaq.

“Avropa İttifaqı dövlətləri Londonda toplaşıb Ukraynaya dəstək ifadə etsələr də, nəzərə almaq lazımdır ki, onların özləri də həmin toplantıda Amerika Birləşmiş Ştatlarının iştirakı olmadan Ukrayna təhlükəsizlik təminatlarının verilməsinin imkansız olduğunu etiraf etdilər. Avropa İttifaqının özü 80 ildən bəri Amerikanın "təhlükəsizlik çətiri" altında yaşamaqdadır və bu gün özü də təhdidlərlə qarşı-qarşıya qalıb. Çünki Amerika Birləşmiş Ştatları artıq açıq şəkildə bəyan edir ki, Avropanın təhlükəsizliyi ilə bağlı fiziki və maliyyə yüklərini bundan sonra öz üzərinə götürmək niyyətində deyil və tələb edir ki, onlar öz müdafiə xərclərini ümumdaxili beş faiz səviyyəsinə qədər qaldırsınlar və Avropa İttifaqı da çox güman ki, məcburən olsa da, bu addıma getməlidir. Bundan sonrakı dönəmdə əgər Tramp administrasiyası mövqeyində müəyyən yumşaqlıq olacaqsa, bunu Ukrayna üçün müəyyən şans adlandırmaq olar”-deyə politoloq bildirib.

Oqtay Qasımov vurğulayıb ki, Avropa liderləri orada doğrudan da özlərini bəyan etdikləri kimi Ukraynaya çox ciddi məbləğlərdə maliyyə yardımları edəcəklərsə, o zaman Ukrayna döyüş meydanında uzun müddət tab gətirmək imkanları qazanacaq: “Əgər özlərinin də dediyi kimi, 100 milyardlarla dollar vəsaitin ayrılmasından söhbət gedirsə və Amerika tərəfi də həmin pul vəsaitlərlə Amerika silahlarının alınıb Ukraynaya verilməsinə etiraz etməyəcəksə, təbii ki, bu da Ukraynanın müdafiə qabiliyyətinin bundan sonra artması və davam etməsinə gətirəcək. Əks halda Tramp administrasiyası prinsipial olaraq, Ukrayna məsələsi ilə bağlı son qərarını verib və Ukraynaya heç bir yardım göstərilməyəcəyi məsələsində mövqe sərgiləyərsə, bu da şübhəsiz ki, Ukraynanın müharibə meydanındakı vəziyyətini ciddi şəkildə gərginləşdirəcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Mart 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri