ABŞ Azərbaycan Strateji İşçi Qrupu yaradılacaq
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ ilə Azərbaycan Strateji İşçi Qrupu yaradacaq.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.
Qeyd edək ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanacaq.
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edəcək:
- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;
- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 08 Avqust 2025 06:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















