“ABŞ Azərbaycan və Ermənistan arasında sülhü dəstəklədiyini bəyan edir” Landau
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
ABŞ dövlət katibinin müavini Kristofer Landau Hindistan və Pakistan arasında son günlərdə yaranan təhlükəli gərginlik fonunda aparılan diplomatik səylərlə bağlı açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Landau bildirib ki, Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens administrasiya üzvlərinə açıq şəkildə bildiriblər ki, əsas məqsəd sülhü təşviq etməkdir: “Bu yanaşma yalnız Hindistan və Pakistanla məhdudlaşmır – ABŞ hökuməti eyni zamanda Rusiya və Ukrayna, İsrail və onun qonşuları, Konqo Demokratik Respublikası və Ruanda, Azərbaycan və Ermənistan arasındakı münaqişələrdə də sülhü dəstəklədiyini bəyan edir”.
“Diplomatlar kimi və düzünü desəm, insanlar olaraq – biz müharibələrin qarşısını almağa və ya onları dayandırmağa çağırılmışıq. Fəxr edirik ki, komandamız bu gün bu vədi yerinə yetirə bildi və ehtiyatlılıq və təmkin nümayiş etdirdikləri üçün Hindistan və Pakistan rəhbərliyini alqışlayırıq”, – deyə Landau qeyd edib.
Bu mövzuda digər xəbərlər:Landau: “Məqsədimiz Azərbaycan və Ermənistan arasında sülhdür”
11 May 2025 15:22
İran Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləyir
30 Avqust 2025 20:29
Azərbaycan, Ermənistan, Gürcüstan + ABŞ
07 Noyabr 2025 08:27
ABŞ Azərbaycan və Ermənistan arasında razılaşmanın tezliklə əldə olunacağına ümid edir
07 Avqust 2025 23:01
Baxış sayı:120
Bu xəbər 11 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















