ABŞ Azərbaycanın bu siyasətinə heyran qaldı: Geosiyasi mənzərə...
Icma.az, Bakupost saytına istinadən bildirir.
Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyasi mənzərəni dəyişəcək.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
"Azərbaycan təkcə Birləşmiş Ştatlarla yaxınlaşmağa deyil, eləcə də Ermənistan və İsraillə sazişlər bağlamağa (İbrahim sazişlərinə qoşulmaq - red.) çalışır. Bu, nəinki Amerika biznesi üçün geniş kommersiya imkanları açacaq, həm də geosiyasi mənzərəni dəyişəcək", - o vurğulayıb.
Qeyd edək ki, dinləmələrdə Uoltsun ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyinə baxılıb. O, əvvəllər Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri olub, lakin husilərə zərbələrlə bağlı gizli planların müzakirəsi ilə bağlı qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 İyul 2025 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















