Icma.az
close
up
RU
Azərbaycanın müasir geosiyasi strategiyası

Azərbaycanın müasir geosiyasi strategiyası

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada siyasi və iqtisadi güc balanslarının sürətlə dəyişdiyi, beynəlxalq münasibətlər sisteminin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə dövlətlərin xarici siyasət strategiyalarında mühüm dəyişikliklər baş verir. Müasir beynəlxalq sistem qeyri-müəyyənlik, güc rəqabəti və regional münaqişələrlə səciyyələnir. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə xüsusi diqqət çəkir. Bu müsahibə Azərbaycanın qlobal və regional proseslərə baxışını, ölkənin yeni geosiyasi konfiqurasiyada tutduğu mövqeyi və diplomatik prioritetlərini daha dərin təhlil etməyə imkan yaradır.

Prezident İlham Əliyevin müsahibəsində beynəlxalq münasibətlər sisteminin hazırkı vəziyyətinə obyektiv yanaşma özünü göstərir. Dünya siyasəti artıq təkqütblü və ya ikiqütblü düzən çərçivəsində idarə edilmir, yeni güc mərkəzlərinin formalaşması isə beynəlxalq hüququn selektiv şəkildə tətbiqinə səbəb olur. Qlobal güclər arasında artan rəqabət fonunda beynəlxalq hüququn yalnız müəyyən maraqlara xidmət edən alətə çevrilməsi, Azərbaycanın 30 ildən artıq bir müddətdə üzləşdiyi reallıqdır. İşğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması buna bariz nümunədir. Prezident Əliyevin müsahibədə vurğuladığı əsas məqam Azərbaycanın yeni geosiyasi düzəndə daha müstəqil, öz maraqlarına əsaslanan və qlobal reallıqlara uyğunlaşdırılmış xarici siyasət həyata keçirməsidir.

Azərbaycanın xarici siyasət doktrinasında beynəlxalq təşkilatlardan çox, ikitərəfli münasibətlərin ön planda olduğu açıq şəkildə ifadə edildi. Bunun başlıca səbəbi qlobal təşkilatların qərar qəbuletmə prosesində effektiv ola bilməməsi və bəzi hallarda böyük güclərin təsiri altında fəaliyyət göstərməsidir. Azərbaycan isə daha çevik və praqmatik yanaşma tətbiq edərək, ikitərəfli əlaqələr üzərindən strateji əməkdaşlıqlar qurmağa üstünlük verir. Türkiyə, Pakistan, İsrail, İtaliya, Macarıstan və Mərkəzi Asiya ölkələri ilə inkişaf edən tərəfdaşlıq bu siyasətin nəticəsidir. Xüsusilə, Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanı regional güc mərkəzinə çevirərək, onun təhlükəsizlik və iqtisadi sahələrdə yeni imkanlar əldə etməsinə şərait yaradıb.

Prezident İlham Əliyev, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinə də xüsusi yer ayırdı. Sülh prosesinin ləngiməsinin əsas səbəbi Ermənistanın daxili siyasi dilemmasıdır. Nikol Paşinyan hökuməti Qərbə inteqrasiya etmək və Azərbaycanla barışığa nail olmaq istəsə də, daxildəki radikal qüvvələrin təzyiqi altında cəsarətsiz mövqe sərgiləyir. Azərbaycanın bu məsələdə mövqeyi isə dəyişməz olaraq qalır: beynəlxalq hüquqa əsaslanan, ərazi bütövlüyünü və suverenliyini qoruyan bir sülh sazişi imzalanmalıdır. Eyni zamanda, Ermənistanla münasibətlərin normallaşması region üçün strateji əhəmiyyət kəsb edir, çünki bu, nəqliyyat dəhlizlərinin açılmasına və iqtisadi inteqrasiyanın sürətlənməsinə təkan verə bilər. Lakin burada Qərbin, Rusiyanın və İranın geosiyasi maraqları nəzərə alınmalıdır.

Azərbaycanın geosiyasi rolunun güclənməsində enerji diplomatiyası da mühüm yer tutur. Prezident İlham Əliyevin müsahibəsində Avropa İttifaqı ilə enerji əməkdaşlığı məsələsi xüsusi qeyd olundu. Son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji oyunçuya çevrilməsi, xüsusilə Rusiya – Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Avropanın enerji asılılığını diversifikasiya etmək istəyi Azərbaycanın əhəmiyyətini artırıb, ölkənin Şərqi Avropaya və Balkanlara qaz ixracı isə Xəzər regionunun enerji marşrutlarının mühüm qovşağa çevrilməsinə şərait yaradıb. Prezidentin bu kontekstdə verdiyi mesajlar göstərdi ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də qlobal enerji bazarlarında strateji aktordur.

“Euronews”a müsahibə Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yeni mövqeyi açıq şəkildə nümayiş etdirdi. Xarici siyasətdə daha praqmatik və müstəqil xəttə davam etdirilməsi, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi, enerji diplomatiyasının gücləndirilməsi və ikitərəfli əlaqələrə üstünlük verilməsi bu siyasətin əsas konturlarını formalaşdırır. Prezident İlham Əliyevin strateji baxışı Azərbaycanın siyasi müstəqilliyini qorumaqla yanaşı, qlobal trendlərə uyğun çevik diplomatik manevrlər etməsinə imkan yaradır. Azərbaycanın yeni dünya düzənində güclü aktor kimi mövqeyini qoruyub saxlaması məhz bu strategiyanın uğurlu icrasından asılı olacaq.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri