ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir
Sia Az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb. Görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.
Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının "NATO-Gürcüstan 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir.

Azərbaycanın NATO ilə əməkdaşlığını dəstəkləməkdən qürur duyuruq Səfir
27 Noyabr 2024 15:26
ABŞ Azərbaycanın NATO ilə tərəfdaşlıq üzrə davamlı
26 Noyabr 2024 20:04
Hikmət Hacıyev: Çin Azərbaycan ŞƏT əməkdaşlığını dəstəkləyir
31 Avqust 2025 10:12
ABŞ Azərbaycanın NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir
26 Noyabr 2024 19:42

