Icma.az
close
up
RU
ABŞ bazalarına hücum hazırlığı, İran hava limanlarına zərbə Son vəziyyət

ABŞ bazalarına hücum hazırlığı, İran hava limanlarına zərbə Son vəziyyət

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Ordusunun Ali Baş Komandanı Əmir Hatəmi ABŞ-ni İranın nüvə obyektlərinə zərbələrə “qətiyyətli cavab” verəcəyi ilə hədələyib.

Ölkə.Az xəbər verir ki, o bunu İslam Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri ilə görüşündə deyib.

“Amerikalılar hər dəfə cinayət törədəndə qətiyyətli cavab aldılar və bu dəfə də belə olacaq”, - o vurğulayıb.

İsrail televiziyasının 12-ci kanalı bildirir ki, İsrail ordusu İran hava məkanında İsrail pilotsuz təyyarəsinin vurulmasını təsdiqləyib. Qeyd olunur ki, heç bir məxfi məlumatın sızması olmayıb.

Bu gün səhər saatlarında İran mediası ölkənin mərkəzi hissəsində Hermes 900 pilotsuz təyyarəsinin vurulması barədə məlumat yayıb.

İranyönlü qruplar ABŞ-nin İrana zərbələrinə cavab olaraq İraq və Suriyadakı Amerika bazalarına hücum etməyə hazırlaşır. Bununla belə, onlar indiyədək zərbələrdən çəkiniblər və İraq hakimiyyəti silahlıları hücumlardan çəkindirmək üçün hər cür səy göstərir. Bu barədə “The New York Times” Amerika hərbi və kəşfiyyat rəsmilərinə istinadən yazır.

İranda 6 hava limanına hücum edilib: 15 qırıcı və helikopter məhv edilib

İsrail ordusu ölkənin hava məkanına nəzarəti gücləndirmək səyləri çərçivəsində İranın 6 hava limanına hava zərbələri endirib. İslam Respublikasının qərb, şərq və mərkəzi bölgələrinə endirilən zərbələr nəticəsində 15 döyüş təyyarəsi (F-14, F-5) və helikopter (AH-1) məhv edilib. Bundan əlavə, uçuş-enmə zolaqları və yanacaq dolduran təyyarə zədələnib.

"Məhv edilmiş təyyarələr İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə qarşı istifadə olunmaq və onların İran ərazisinə hücumunun qarşısını almaq üçün nəzərdə tutulub", - İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.

İranın Xarici İşlər Nazirliyindən isə bildirilib ki, İran xarici təzyiqlərə baxmayaraq, dinc məqsədlər üçün uranı zənginləşdirməyə davam edəcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusununun bəyanatına əsasən, İsrailin dünən Yəzd vilayətindəki iki mərkəzimizə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb.

ISNA qeyd edir ki, İranın səhiyyə nazirinin müavini deyib ki, insanlar nüvə radiasiyasına məruz qalma təhlükəsi ilə üz-üzə deyil.

"Hücuma məruz qalan Natanz, Fordo və digər ərazilər əsasən zənginləşdirmə obyektləridir. Partlayışlardan yaranan zəhərli qazların maksimal radiusu 50-100 metrdir, ondan kənarda isə heç bir problem yoxdur" - xəbərdə vurğulanır.

İranın ali lideri Ayətullah Əli Xamenei İsraillə gərginlik ətrafında yaranmış vəziyyəti şərh edib. X sosial şəbəkəsində yayımlanan açıqlamasında yazıb:

"Sionist düşmən böyük bir səhv, ağır cinayət törədib. O, cəzasını çəkməlidir - və o, artıq cəzalandırılır. Hazırda o, cəzasını alır".

Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyun 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see282

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see174

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see155

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see149

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see144

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see140

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see138

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see134

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see127

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see126

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see124

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see123

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see123

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see120

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see119

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri