ABŞ BƏƏ yə hərbi nəqliyyat vertolyotlarının satışını təsdiqləyib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumilikdə 1,32 milyard dollar dəyərində hərbi nəqliyyat vertolyotlarının və avadanlıqlarının satışını təsdiqləyib.
APA xəbər verir ki, bu haqda Pentaqonun mətbuat xidməti məlumat yayıb.
“Dövlət Departamenti Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə “CH-47F Chinook” vertolyotlarının və müvafiq avadanlıqların 1,32 milyard dollar məbləğində potensial Xarici Hərbi Satışını təsdiqləmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Müqavilə çərçivəsində BƏƏ altı vertolyot, həmçinin yanacaq çənləri, elektrik stansiyaları, naviqasiya cihazları, raket xəbərdarlığı sistemləri, pulemyotlar, həmçinin proqram təminatı və rabitə avadanlıqları almaq niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 May 2025 05:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















