ABŞ: Biz narkotik tacirlərini hədəf alacağıq
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın narkotik tacirlərini hədəf almağa davam edəcəyini və cinayət təşkilatlarına qarşı əməliyyatlarda müttəfiq dövlətlərlə əməkdaşlığa hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Rubio narkotik kartellərinə qarşı əməkdaşlığı gücləndirmək üçün başladığı Cənubi Amerika turunun son dayanacağı Ekvadorda mətbuata açıqlama verib.
Ölkəsinin Venesueladan yola düşdüyü bildirilən narkotik yüklü gəmiyə hücumunu xatırladan Rubio: "Açığını deyim ki, bu bir müharibədir. Qatillərə və terrorçulara qarşı müharibədir"-deyə, bildirdi.
Rubio bildirib ki, administrasiya müttəfiq hökumətlərə cinayət təşkilatlarını sıradan çıxarmaq üçün əməliyyatlar aparmağa kömək etmək istəyir.
Rubio ABŞ-ın öz ölkələrinin razılığı olmadan əcnəbi narkotik tacirlərini müəyyən edib öldürməyə davam edəcəyini vurğulayaraq: "Bizimlə əməkdaşlıq edən hökumətlər üçün bu lazım olmayacaq, çünki onlar bizə kömək edəcəklər. Bu insanları tapmaqda və lazım gələrsə, onları məhv etməkdə bizə kömək edəcəklər" dedi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 05 Sentyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















