Tom Berendsen: Azərbaycan Niderland üçün Cənubi Qafqazda vacib tərəfdaşdır
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycan Niderland üçün regionda vacib tərəfdaşdır, buna görə də biz əməkdaşlığı gücləndirmək niyyətindəyik.
"Cebheinfo.az" xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Tom Berendsen Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Biz bir çox məsələlər üzrə məzmunlu müzakirələr apardıq. İlk növbədə qeyd etmək istəyirəm ki, bugünkü gün ölkələrimiz arasındakı ikitərəfli münasibətlər üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Niderland üçün bu regionda mühüm tərəfdaşdır, buna görə də biz ölkələrimiz arasında əməkdaşlığı gücləndirməyə çalışırdıq", - T.Berendsen bildirib.
Onun sözlərinə görə, bu gün tərəflər siyasi, iqtisadi, təhsil və mədəni əməkdaşlığı dərinləşdirmək və genişləndirmək niyyətlərini təsbit edən 2026-2028-ci illər üçün "Yol xəritəsi"ni razılaşdırıblar: "Bu "Yol xəritəsi" - Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh, sabitlik və rifahın təmin olunmasına bir töhfədir. Niderland Azərbaycanla qarşılıqlı fəaliyyətin gələcəkdə daha da möhkəmləndiriləcəyinə ümid edir".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 26 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















