Icma.az
close
up
RU
ABŞ bu günə qədər İran iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar nəticəsində onun inkişafına mane olub

ABŞ bu günə qədər İran iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar nəticəsində onun inkişafına mane olub

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün ABŞ-ın əsas rəqibi İran ya da Rusiya deyil, Çindir. Çünki bu gün ABŞ-ın fövqəlgüc olaraq, alternativ kimi iqtisadi güc olaraq rəqib kimi görünən hələ ki, yeganə dövlət Çindir. Çin həm göstəriciləri baxımdan, ərazi baxımından, əhali baxımından Amerika Birləşmiş Ştatlarına rəqib ola biləcək bir dövlətdir. Əslində Rusiya, İran və digər dövlətlərlə münasibətdə yürüdülən siyasətin son nöqtəsi Çinlə bağlı planlarının həyata keçirilməsidir. İranın iqtisadiyyatının çökdürülməsi, onun nüvə silahını əldə etməsinə mane olmaq və s. bu kimi məsələlər əslində ənənəvi bir siyasətdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov danışıb. Politoloq qeyd edib ki, ABŞ bu günə qədər İran iqtisadiyyatına tətbiq edilmiş sanksiyalar nəticəsində onun inkişafına mane olub.

Xəyal Bəşirov

“İran bütün imkanlarını, gələcəkdə ona qarşı hər hansı bir addımın atılacağı təqdirdə bundan qorunmaq üçün, xüsusilə də dövlət qalxanı, dövlət təhlükəsizliyinin qorunması vasitəsi kimi nüvə silahına sahib olmaq siyasətini davam etdirir. İran rəsmiləri bunu iddia edirlər ki, onların nüvə strategiyası yoxdur və belə bir strategiyası olmayıb. Onlar sadəcə sülh məqsədləri ilə nüvə enerjisinə nail olmağa çalışırlar. Dünyada bir sıra dövlətlər bunu açıq şəkildə bəyan edirlər ki, “nüvə silahı olmayan dövlətin müstəqilliyi yoxdur” və bunu bu şəkildə qələmə verirlər ki, “nüvə silahın varsa, müstəqil siyasət yürüdə bilərsən, yoxdursa müstəqil siyasət yürüdə bilməzsən”. İran da bu prinsipə tərəfdar olan dövlətlərdən biridir”-deyə politoloq əlavə edib.

Xəyal Bəşirov qeyd edib ki, İran iqtisadiyyatının zəif olması və çökməsi, hətta proksi qüvvələrinin zərərsizləşdirilməsinə baxmayaraq, İran maksimum çalışır ki, bu istəyinə çatsın. Politoloqun fikrincə, bəzi fikirlər var ki, “artıq buna nail olub”, “bunun bir addımlığındadır”, “hələ buna çox qalıb”... Xəyal Bəşirov hesab edir ki, İran bu istiqamətdə bu illər ərzində çox işlər görüb. Politoloqun fikrincə, bu işlərə əngəl törədilən məqamlar olsa da, hər bir halda İranın bütün diqqəti bu istiqamətdədir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri