Icma.az
close
up
RU
ABŞ Cənubi Qafqaz siyasətini prioritet elan edib: Kreml oyundankənar vəziyyətdə...

ABŞ Cənubi Qafqaz siyasətini prioritet elan edib: Kreml oyundankənar vəziyyətdə...

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

"ABŞ Cənubi Qafqaz siyasətində strateji mərhələyə keçib. Ötən ilin avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh paraflanmasının imzalanması, həmçinin TRİP layihəsi ilə bağlı üçtərəfli razılaşmanın əldə edilməsi bu prosesin əsası qoyuldu. ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada öz geosiyasi mövqelərini möhkəmləndirmək istiqamətində ardıcıl siyasət aparacaq. Yeni dünya siyasi nizamında hər iki regionun Rusiyanın tam təsir zonasından çıxarılması Vaşinqtonun əsas strateji hədəflərindən biridir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Cənubi Qafqazda Gürcüstanla bağlı məsələlər də gündəmdədir: "Ötən həftə ABŞ Konqresindən nümayəndə heyətinin Gürcüstana səfəri bunu bir daha təsdiqlədi. Qeyd edim ki, ABŞ vitse-prezidenti D. Venzin Azərbaycan və Ermənistana səfəri yekun sülh müqaviləsinin tezləşdirilməsi, TRİP layihəsi üzrə praktiki işlərə başlanması və hər iki ölkəyə siyasi dəstəyin verilməsi məqsədi daşıyır. ABŞ bu addımlarla Rusiyaya açıq şəkildə Azərbaycan və Ermənistan arasında əsas sülhün qarantının özü olduğunu nümayiş etdirdi.

ABŞ vitse-prezidentinin Ermənistandan sonra Azərbaycana səfəri iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətlidir. Strateji xarakterli sənədin imzalanması da istisna edilmir".

Politoloq vurğuladı  ki, Cənubi Qafqaz regionu yeni siyasi və iqtisadi mərhələyə qədəm qoyur: "Bu mərhələdə ABŞ-ın tam siyasi dəstəyi açıq şəkildə hiss olunur. Vaxtilə Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasına verilən siyasi dəstək bu gün müxtəlif sahələr üzrə davam etdirilir. Faktiki olaraq, ABŞ TRİP layihəsi vasitəsilə regionda institusional şəkildə mövcud olacaq.

Bütün bu proseslərin əsas müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. İkinci Qarabağ müharibəsindən sonra regionda siyasi və iqtisadi transformasiya məqsədilə ardıcıl, praqmatik və məntiqli siyasət həyata keçirilib.

Cənubi Qafqaz və Mərkəzi Asiyanın eyni marşrut üzrə birləşdirilməsi region ölkələrinin təhlükəsizliyi və dayanıqlı inkişafı üçün mühüm faktora çevrilir. Rusiyanın regionda baş verən proseslərə münasibəti birmənalı deyil. Moskvanın təzyiq cəhdlərinə baxmayaraq, bunun müsbət nəticə verəcəyi real görünmür".

Tehran,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Fevral 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri