Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Avropa institutları Cənubi Qafqaz siyasətini dəyişməyə məhkumdur

Avropa institutları Cənubi Qafqaz siyasətini dəyişməyə məhkumdur

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti D.Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda uzun illərdir davam edən geosiyasi münaqişələrin məntiqi sonluğuna doğru atılmış ən mühüm addım kimi dəyərləndirilir.

Burada əsas diqqətçəkən məqam odur ki, paraflanma aktı faktiki olaraq Azərbaycanın diplomatik qələbəsini təsdiqlədi. Azərbaycan artıq diplomatik manevr qabiliyyəti, beynəlxalq arenada balanslı mövqeyi ilə də proseslərin aparıcı aktoruna çevrildi. Əgər 2020-ci il Vətən müharibəsi Azərbaycanın hərbi üstünlüyünü təsdiqləmişdisə, 2025-ci ilin avqustundakı Vaşinqton görüşü bu üstünlüyün diplomatik və siyasi müstəvidə rəsmiləşdirilməsini göstərdi.

Avropa institutları – Aİ, AŞPA və AP – üçün isə bu hadisə köklü nəticələr doğurur. Çünki bu qurumlar uzun illər region siyasətini Ermənistanın arqumentləri və lobbi təsirlərinin prizmasından yürüdürdü. Azərbaycana qarşı sərgilənən ikili standartlı mövqe, siyasi qərəzli qətnamələr və əsassız tənqidlər Avropanın Cənubi Qafqazdakı rolunu obyektivlikdən uzaqlaşdırmışdı. Lakin yeni reallıq bu yanaşmanı davam etdirməyi mümkünsüz edir. 

Sual ortaya çıxır ki, bəs Avropa institutları niyə bu dönüşə məcburdur? 

Cavab sadədir: regionun güc balansı dəyişib, Ermənistan artıq sülh müqaviləsini imzalayan tərəfdir, ABŞ isə açıq şəkildə Azərbaycanın regional liderliyini tanıyır. Belə bir şəraitdə Avropanın köhnə yanaşmalarını davam etdirməsi onun təsir imkanlarını zəiflədər, hətta siyasi proseslərin kənarına atar. Beləliklə, 8 avqust paraflanması Avropa institutlarını seçim qarşısında qoydu: ya Azərbaycanın yeni mövqeyini qəbul edərək münasibətləri korrektə etmək, ya da reallıqdan uzaq siyasət yürüdərək təsirsiz oyunçuya çevrilmək.

                                                                                   ***   

Uzun illər Aİ, AŞPA və AP regiondakı siyasətlərini “status-kvo” üzərində qurmuş, Ermənistanı “məzlum”, Azərbaycanı isə “təhdid yaradan” dövlət kimi təqdim edən narrativdən çıxış etmişdilər. Qətnamələrdə, hesabatlarda və siyasi çıxışlarda bu yanaşma özünü aydın şəkildə göstərirdi. Lakin artıq bu yanaşmanı davam etdirmək mümkün deyil. Vaşinqtonda paraflanan saziş Azərbaycanın diplomatik üstünlüyünü təsdiqlədi və göstərdi ki, diplomatik masada da qətiyyətli, prinsipial və güzəştə getməyən tərəfdir. Ermənistan rəhbərliyinin sülh sənədinə imza atması isə faktiki olaraq Azərbaycanın şərtlərinin qəbul edilməsi anlamına gəlir. Bütün bunlar uzun illər boyu Avropa institutlarının təbliğ etdiyi “əzilən Ermənistan” obrazının tamamilə iflası deməkdir. Bura əlavə olaraq ABŞ faktorunu da xüsusi qeyd etmək lazımdır. Vaşinqtonun birbaşa vasitəçiliyi və Trampın prosesi öz adı ilə bağlaması Avropaya açıq mesaj verdi: Cənubi Qafqazda yeni siyasi düzəni artıq ABŞ müəyyənləşdirir. Avropa İttifaqının və ona bağlı institutların proseslərə gecikmiş reaksiyaları isə onları faktiki olaraq ikinci dərəcəli oyunçuya çevirir.

Belə bir şəraitdə Avropa institutlarının ənənəvi siyasəti artıq işləməyəcək. Azərbaycanı təzyiq hədəfi kimi seçmək, Ermənistanın lobbi dairələrinin diktəsi ilə hərəkət etmək nə siyasi məntiqə uyğundur, nə də mövcud geosiyasi reallıqla üst-üstə düşür. Əgər bu kurs davam etdirilsə, Avropa həm iqtisadi, həm də siyasi baxımdan bölgədə təsir imkanlarını tamamilə itirəcək.

Avropa institutları bu yeni reallığa necə adaptasiya ola bilər Cavab aydındır – münasibətlərin korrektəsi qaçılmazdır. Amma bu korrektə real siyasət və praktik addımlarla müşayiət olunmalıdır. Əks halda, Vaşinqtonun təşəbbüsləri və Bakının qətiyyətli siyasəti fonunda Avropa siyasi passivlik girdabına sürüklənəcək.

                                                                                     *** 

Korrektənin məzmunu isə dərin və real dəyişikliklərdən ibarət olmalıdır. Əvvəla, siyasi münasibətlər müstəvisində Avropa institutları Azərbaycana qarşı uzun illər davam edən qərəzli mövqedən imtina etməlidir. AŞPA və AP-də qəbul edilən qətnamələrin böyük hissəsi birtərəfli xarakter daşıyır, çox zaman faktlardan uzaq və erməni lobbi dairələrinin təzyiqləri əsasında hazırlanırdı. Belə bir yanaşma Bakını Avropadan uzaqlaşdırdı və etimad böhranı yaratdı. İndi isə tamamilə fərqli şərait formalaşıb. Azərbaycan regionun aparıcı aktoru kimi konstruktiv dialoqa açıqdır və münasibətlərin gələcəyi qarşılıqlı maraqlar üzərində qurulmalıdır. 

İkinci istiqamət iqtisadi əməkdaşlıqdır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biridir. Rusiya–Ukrayna müharibəsi Avropa İttifaqının alternativ enerji marşrutlarına olan ehtiyacını daha da artırdı. Bakı isə Cənub Qaz Dəhlizi vasitəsilə strateji tərəfdaş statusunu artıq sübuta yetirib. Belə bir vəziyyətdə Avropa institutlarının destruktiv mövqe tutması sadəcə siyasi məntiqsizlik olardı. Əksinə, enerji əməkdaşlığının daha da genişləndirilməsi, nəqliyyat və logistika sahəsində birgə layihələrin reallaşdırılması Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, Avropanın da maraqlarına xidmət edər. 

Üçüncü istiqamət təhlükəsizlik məsələləridir. Cənubi Qafqaz artıq qlobal təhlükəsizlik gündəliyində əhəmiyyətli mövqe tutur. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Gürcüstanla sıx tərəfdaşlığı və Orta Asiya ölkələri ilə artan əməkdaşlığı onu bölgənin əsas sabitlik dayağına çevirib. Avropa institutları bu reallığı qəbul etməyə məcburdur. Əgər Aİ “Şərq tərəfdaşlığı” proqramına yeni nəfəs vermək istəyirsə, Azərbaycanın təhlükəsizlikdə oynadığı rol açıq şəkildə tanınmalıdır.

Nəhayət, humanitar və sosial müstəvidə də korrektə qaçılmazdır. İllər boyu Avropa institutları Azərbaycana insan haqları, media azadlıqları və demokratik institutlar mövzusunda birtərəfli təzyiqlər göstərib. Lakin indiki şərait göstərir ki, Bakı Avropa ilə münasibətlərin əsasını qarşılıqlı hörmət və bərabərlik üzərində qurmağa üstünlük verir. Deməli, humanitar məsələlərdə dialoq yanaşması əsas prioritetə çevrilməli, tərəflər qarşılıqlı öyrənmə və əməkdaşlıq mühitini inkişaf etdirməlidirlər. Əks halda, sərt və birtərəfli yanaşmalar yenidən gərginlik yaradacaq və Avropanın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədəcək.

                                                                                                  ***   

Azərbaycanın 8 avqust Vaşinqton görüşündə əldə etdiyi nəticə uzun illər boyu ardıcıl, sistemli və qətiyyətli siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin siyasi kursu göstərdi ki, Bakı diplomatik müstəvidə düşünülmüş və planlı addımlar ataraq regional balansı dəyişməyi bacarır. Azərbaycanın diplomatik qələbəsinin digər mühüm səbəbi balanslaşdırılmış xarici siyasət modelidir. Bakı həm Türkiyə ilə strateji müttəfiqliyini möhkəmləndirdi, həm də Rusiya, ABŞ, Aİ və digər regional güclərlə əməkdaşlıq kanallarını açıq saxladı. Məhz bu kontekstdə sual meydana çıxır: Azərbaycanın “qətiyyətli siyasət modeli” Avropaya hansı mesajı verir Açıq mesaj budur ki, Azərbaycan artıq proaktiv siyasət yürüdən regional gücdür. Bakı bölgədə təhlükəsizliyin, enerji əməkdaşlığının və nəqliyyat dəhlizlərinin əsas təminatçısına çevrilir.

Azərbaycanın diplomatik qətiyyəti həm də beynəlxalq sistemdə kiçik dövlətlərin böyük güclər qarşısında necə müstəqil və e ektli siyasət apara biləcəyinin nümunəsidir. İndi Cənubi Qafqazdakı bütün oyunçular – həm regional, həm də qlobal– Bakının razılığı və iştirakı olmadan mühüm qərarlar qəbul edə bilməzlər.

                                                                                              ***   

Əgər Avropa institutları – Aİ, AŞPA və AP – Azərbaycanın yeni statusunu qəbul etməsə, bu, hansı nəticələrə gətirib çıxara bilər Ən önəmli nəticə Avropanın regiondakı siyasi təsir imkanlarının sürətlə zəifləməsidir. ABŞ artıq prosesin əsas vasitəçisi rolunu üzərinə götürüb, Türkiyə və Rusiya da bölgədə güclü aktor kimi iştirak edir. Avropa özünü kənarda saxlayarsa, Cənubi Qafqazda qərarların qəbulunda real təsir gücünü itirəcək. 

Azərbaycanın strateji əhəmiyyəti enerji təhlükəsizliyində də mühüm rol oynayır. Rusiya qazından asılılığın azaldılması və alternativ enerji marşrutlarının genişləndirilməsi baxımından Bakı həlledici tərəfdaşdır. Əgər Avropa siyasi baxımdan qərəzli mövqeyini davam etdirərsə, bu, enerji əməkdaşlığında yeni maneələr yaradacaq. Eyni zamanda, Azərbaycan diqqətini Asiya bazarlarına və Türkiyə vasitəsilə Yaxın Şərqə yönəldə bilər ki, bu da Avropanın enerji təhlükəsizliyində itkilərə səbəb olacaq. 

Geosiyasi baxımdan isə Cənubi Qafqaz Asiya ilə Avropa arasında əsas tranzit məkanıdır. Zəngəzur dəhlizi, Orta Dəhliz və digər strateji layihələr Azərbaycanın iştirakı olmadan mümkün deyil. Avropa institutları yeni reallığı qəbul etməsələr, bu layihələrdə ABŞ, Türkiyə, Çin və Rusiya ön plana çıxacaq, Aİ isə faktiki olaraq proseslərin kənarında qalacaq.

Bundan əlavə, Avropa institutlarının beynəlxalq imici də risk altındadır. Uzun illər “ədalət, insan haqları və obyektivlik” dəyərlərini müdafiə etdiyini iddia edən Avropa, əgər qərəzli mövqeyini davam etdirərsə, həm öz etibarını, həm də beynəlxalq nüfuzunu itirəcək. Artıq təkcə Azərbaycan deyil, beynəlxalq ictimaiyyət də Avropanın ikili standartlarını aydın şəkildə görür. 

Belə bir məqamda mühüm sual yaranır ki, Avropa institutları regional siyasətdə real güc mərkəzi olmaq istəyir, yoxsa yalnız simvolik bəyanatlarla prosesləri müşahidə etməklə kifayətlənəcək Cavab onların qarşıdakı aylarda atacağı addımlardan asılıdır. Son olaraq qeyd etmək istərdik ki, vaxtında korrektə aparılmazsa, Avropanın Cənubi Qafqaz siyasəti yalnız itirilmiş fürsətlər tarixinə çevriləcək.

Şəbnəm ZEYNALOVA

XQ-nin siyasi analitiki

siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri