Icma.az
close
up
RU
“ABŞ Çin hərbi gəmilərinin Tayvan boğazında yaxınlaşmasından narahatdır”

“ABŞ Çin hərbi gəmilərinin Tayvan boğazında yaxınlaşmasından narahatdır”

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

“ABŞ Prezidenti Donald Trampın martın sonunda Çinə səfəri planlaşdırılırdı. Ancaq həmin günlərdə ABŞ-ın İrana qarşı müharibəsi davam etdiyinə görə, Ağ Ev sahibi Çinə səfəri təxirə saldı. Tramp açıqlama verərək səfərin may ayının ortalarında gerçəkləşəcəyini bildirdi. Ancaq həmin tarix də dəqiq olmaya bilər. Məsələ burasındadır ki, ABŞ Tayvana 6 milyard dollar dəyərində silah və hərbi texnika verəcək”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, Vaşinqton Tayvanı Çinin bir hissəsi olaraq tanıyır:

“Buna baxmayaraq, Vaşinqton adanın hərbi yolla Çinə birləşdirilməsinin əleyhinədir. ABŞ Tayvanın əsas hərbi təchizatçısı olaraq qalır. Donald Tramp Çin lideri Si Cinpinlə dialoqun və görüşlərin tərəfdarı olsa da, onunla Tayvan mövzusunu müzakirə etmək istəmir. Si Cinpin isə Donald Trampla görüşdə ABŞ Prezidentinin Tayvanla bağlı açıqlama verməsində maraqlıdır. Donald Tramp sadəcə Vaşinqtonun Tayvanın müstəqillik elanını dəstəkləməməsi və vahid Çinin mövcudluğunu tanıması barədə sələflərinin dediklərini təkrarlayacaq”.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, Donald Tramp Tayvanla hərbi əməkdaşlığın tərəfdarıdır:

“Çünki, Tayvan hökuməti aldığı hərbi texnikaya görə ABŞ-yə milyardlarla dollar pul ödəyir. Tramp üçün bu əhəmiyyətli amillərdən biridir. ABŞ Tayvana raketlər, artileriya sistemləri satacaq. Bundan başqa ABŞ-la Tayvan arasında imzalanan başqa müqaviləyə görə, Amerika Tayvan Hərbi Dəniz Qüvvələrinə silah tədarük edəcək. ABŞ Tayvanla birgə hərbi təlimlərə də ara vermək istəmir. Çünki, ABŞ Çin hərbi gəmilərinin Tayvan boğazında yaxınlaşmasından narahatdır. Çin Cənubi Çin dənizinə nəzarət baxımından əhəmiyyətli bir üstünlüyə malikdir. Çinin bölgədə həmçinin təyyarələri eniş etdirə bilən süni adaları var”. 

E.Şahinoğlu deyib ki, Si Cinpin Donald Trampın Çinə səfərinin növbəti dəfə təxirə salınmasını istəmir:

“Çünki, Çin ABŞ ilə ticarət əməkdaşlığına “oyun qaydalarının” müəyyənləşdirilməsinə çalışır. Tramp da “oyun qaydalarınını” müəəyyəlnəşməsini istəyir. Ancaq Vaşinqtonla Pekin arasında fərq ondadır ki, Tramp Çinlə idxal-ixrac əməliyyatlarının balanslaşdırılmsına çalışır. Çin isə dünya bazarlarına daha çox məhsul ixrac etmək istəyir. Tramp bunda maraqlı deyil.Bu arada, Rusiya və Hindistan arasında müdafiə müqaviləsini imzalaması və təsdiq olunması Pekinin narahatlığına səbəb olub. Dünyanın ən çox əhalisinə malik olan Hindistan xarici hərbçilərə ilk dəfə öz ərazisində müvəqqəti yerləşməyə icazə verib. Rusiya-Hindistan əlaqələrinin, xüsusən də müdafiə sektorunda dərinləşməsi regional müharibələr fonunda baş verib. Buna qədər Çin Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edirdi. İndi isə Çinin bölgədəki əsas rəqiblərindən biri – Hindistan Rusiya ilə hərbi əməkdaşlığı dərinləşdirməyə qərar verib. Müqavilə Rusiyaya Hind okeanına giriş imkanı verir və öz növbəsində Yeni Dehli Vladivostokdan Murmanska qədər şimal dəniz yolu boyunca limanlara çıxış əldə edəcək”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Aprel 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri