Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Hər bir peşə sahəsində olduğu kimi, vəkillik fəaliyyətində də ayrı-ayrı şəxslər tərəfindən qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları istisna edilmir. Vəkillər də cəmiyyətin digər üzvləri kimi qanun qarşısında məsuliyyət daşıyırlar və heç bir peşə sahibi mümkün hüquqazidd əməllərdən sığortalanmayıb. Belə hallara münasibətdə əsas prinsip isə hər bir məsələyə fərdi qaydada, obyektiv və yalnız qanunvericiliyin tələbləri çərçivəsində hüquqi qiymət verilməsidir.
Bu barədə Bizim.Media-ya Vəkillər Kollegiyasının mətbuat xidmətindən bildirilib.
 

Qeyd olunub ki, Vəkillər Kollegiyası müstəqil, özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən peşə qurumudur və vəkillərin peşə fəaliyyətinə, habelə etik davranış qaydalarına riayət etməsinə nəzarət sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirir.


Bu çərçivədə Kollegiya daxil olan müraciətlərə və vəkillərin fəaliyyəti ilə bağlı iradlara həssaslıqla yanaşır, zəruri hallarda intizam icraatları başlanılır və müvafiq qərarlar qəbul edilir.
Bildirilib ki, 2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib.
Qəbul edilən qərarlara əsasən 6 vəkil Kollegiyadan xaric olunub, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib, 27 vəkil barəsində cərimə tətbiq olunub, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
 

Vurğulanıb ki, bu göstəricilər Vəkillər Kollegiyasının peşə fəaliyyətində qanunçuluğun və etik prinsiplərin qorunmasına, daxil olan müraciətlərin araşdırılmasına və vəkillərin intizam məsuliyyəti məsələlərinə diqqətlə yanaşdığını nümayiş etdirir:


“Həmçinin Kollegiyanın etik qaydaları və mövcud yanaşması nəzərə alınmaqla, barəsində intizam tədbiri görülmüş vəkillərin adları ictimaiyyətə açıqlanmır. Hesab edirik ki, bu məsələlərdə həm qanunvericiliyin tələblərinə, həm də şəxslərin hüquq və nüfuzunun qorunması prinsipinə riayət olunması vacibdir”.
“Təəssüflər olsun ki, son günlər bəzi vəkillərin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məlumatların müxtəlif media vasitələrində ictimaiyyətə təqdim edildiyini müşahidə edirik. Təbii ki, hər bir hüquqi proses cəmiyyət üçün maraq doğura bilər. Bununla belə, hesab edirik ki, belə hallarda məlumatların ictimaiyyətə çatdırılması zamanı hüquqi və etik prinsiplərə, xüsusilə də şəxsin təqsirsizlik prezumpsiyasına və onun Konstitusiya ilə təmin olunan hüquqlarına xüsusi həssaslıqla yanaşılması vacibdir.
 

Məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmü olmadan şəxsin kriminal məzmunlu və onun hüquqi statusu və peşəkar nüfuzu baxımından müəyyən yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilən formada təqdim olunması ümumilikdə vəkilliyin nüfuzuna ciddi xələl gətirir.


Vəkillik fəaliyyəti öz mahiyyətinə görə hüququn aliliyinin, ədalət mühakiməsinin və insan hüquqlarının müdafiəsinin təmin edilməsinə xidmət edən mühüm hüquqi institutdur. Bu baxımdan, vəkillərlə bağlı məlumatların yayılmasında da hüquqi dövlət prinsiplərinə və təqsirsizlik prezumpsiyasına riayət olunmasının əhəmiyyətli olduğunu düşünürük. Əlbəttə, hər bir şəxs barəsində aparılan araşdırma və digər prosessual məsələlər qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməli və yekun hüquqi qiymət yalnız səlahiyyətli məhkəmə tərəfindən verilməlidir.
Eyni zamanda qeyd etmək istərdik ki, ayrı-ayrı hallarla bağlı mediada yayılan məlumatlar bütövlükdə vəkillik institutunun nüfuzuna kölgə salmamalıdır.
Vəkillik peşəsinin nüfuzu uzun illər ərzində formalaşmış hüquqi və ictimai dəyərlərə, peşəkarlığa, məsuliyyətə və insan hüquqlarının müdafiəsinə əsaslanır. Əminik ki, bu yüksək prinsiplər qorunmaqla, həm hüquqi prosedurların obyektivliyi, həm də cəmiyyətə təqdim edilən məlumatlar etik və hüquqi qaydalar çərçivəsində ictimaiyyətə təqdim olunacaq”, - deyə məlumatda bildirilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see400

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see321

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see300

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see299

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see296

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see291

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see289

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see275

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see273

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see269

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see259

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see254

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see253

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see247

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see235

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see207

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see188

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri