AAYDA nın sədri deputatın zənglərinə cavab vermir
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlidən narazılığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, deputat "TNS" tv-yə müsahibəsində bildirib ki, Vüsal Nəsirliyə dəfələrlə zəng etsə də, onun zənglərinə cavab verməyib:
"İki aydan çoxdur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirliyə zəng edirəm. Çoxsaylı insanlardan ona mesaj da göndərdim ki, zənglərimə cavab versin. Ancaq 2 ay ərzində 12-15 dəfə zəng etmişəm. Mən zəng edib, ondan özümə yol çəkdirməyi istəmirəm ki, mənə cavab verməsin. Çoxsayı vətəndaş müraciətindən sonra onunla danışmaq istəmişdim. Ancaq təəssüf ki, heç bir telefon zənginə cavab vermədi".
Baxış sayı:67
Bu xəbər 20 Noyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















