ABŞ da güclü qar səbəbilə 30 nəfər öldü, 23 ştatda fövqəladə vəziyyət elan edildi
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) bu barədə məlumat yayıb.
Qeyd olunub ki, səbəblər arasında geri hərəkət edərkən insanları vurub öldürən ehtiyatsız qar təmizləyən sürücülər də var. Arkanzas və Texasda bir neçə yeniyetmə xizək sürərkən həyatını itirib.
Həftəsonu soyuq hava şəraitində Nyu-York küçələrində səkkiz nəfərin meyiti tapılıb və onların ölüm səbəbləri araşdırılır. Ştat üzrə temperaturun mənfi 12,3 dərəcə olacağı gözlənilir.
Şiddətli soyuq hava şəraiti böyük elektrik kəsintilərinə səbəb olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, elektrik xətlərinin bərpası bir neçə gün çəkəcək. Eyni zamanda bu həftənin sonlarında ABŞ-nin şərq sahillərinin bəzi yerlərində daha bir güclü qar yağışı baş verə bilər.
"NBC News"un məlumatına görə, 23 ştatda fövqəladə vəziyyət elan edilib.
Şiddətli hava xəbərdarlıqları 185 milyon ABŞ sakininə təsir edib, 1 milyondan çox abonent elektrik və istiliksiz qalıb. 25 yanvarda ölkədə 10 mindən çox uçuş ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Yanvar 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















