30 gün fövqəladə vəziyyət elan edildi
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Ekvador Prezidenti Daniel Noboa ölkədə dəstə zorakılığının və təhlükəsizlik böhranının artması ilə əlaqədar 8 ştatda tətbiq edilən fövqəladə vəziyyət rejimini daha 30 gün uzadıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ölkənin milli mətbuatında məlumat yayılıb.
Məlumata görə, fövqəladə vəziyyət rejiminin qüvvədə olacağı ərazilər arasında paytaxt Kitonun yerləşdiyi Piçinça, ölkənin ən böyük ticarət mərkəzi Quayaquili əhatə edən Quayas, eləcə də Kolumbiya ilə sərhəddə yerləşən Esmeraldas və Peru ilə sərhəddəki El Oro ştatları var. Bakıda online alış-veriş
Qərar təhlükəsizlik qüvvələrinə axtarışlarla bağlı məhdudiyyətləri aradan qaldırmaq, həmçinin ordunun daxili təhlükəsizlik əməliyyatları çərçivəsində patrul fəaliyyətini davam etdirmək imkanı verir.
Qeyd edək ki, Ekvadorda Prezident Noboa 2024-cü ildən etibarən dəstələrlə mübarizəni sərtləşdirib və həmin qruplaşmaları “terrorçu” adlandırmağa başlayıb. Həmin vaxtdan ölkədə “daxili silahlı münaqişə” vəziyyəti hökm sürür.
Fövqəladə vəziyyətin uzadılması barədə qərar ölkədə bu il dördüncü dəfə tətbiq olunan 10 günlük gecə komendant saatının başa çatmasından bir gün sonra verilib. Həmin qadağa Quayas, Manabi, Los-Rios, El-Oro və Esmeraldas ştatlarını əhatə edib.
Prezident Noboa daha əvvəl sentyabrın 15-də ölkənin 8 ştatı və 3 şəhərində 60 günlük fövqəladə vəziyyət elan etmiş, sahilyanı 4 ştatda isə sentyabrın 17-dən 30-dək gecə saatlarında küçəyə çıxmağı qadağan etmişdi.
Komendant saatı müddətində 2 600-dən çox şəxs saxlanılıb, 2,5 ton narkotik vasitə müsadirə edilib.
Qərar noyabrın 29-da bələdiyyə sədrləri, qubernatorlar və Vətəndaş İştirakı və Sosial Nəzarət Şurasının üzvlərinin seçiləcəyi yerli seçkilərə təxminən iki həftə qalmış qəbul olunub.
Bununla belə, Ekvadorda 2025-ci il ölkə tarixində ən çox qətlin qeydə alındığı il olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il ölkədə təxminən 9 300 qətl hadisəsi baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 Noyabr 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















