ABŞ da fövqəladə vəziyyət ELAN EDİLDİ
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın Havay ştatını vuran "Lala" qasırğası ciddi dağıntılara və insan itkisinə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Havay qubernatoru Coş Qrin şənbə axşamı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Big Island adasında daşqın sularına düşən avtomobildə 1 nəfər həlak olub.
Qubernator sakinləri evdə qalmağa və yollara çıxmamağa çağırıb.
"Lala" şənbə günü 1-ci kateqoriyalı qasırğaya qədər güclənərək saatda 129 km sürətə çatıb. Məlumata görə, ən güclü zərbə adanın cənub bölgələrinə dəyib.
Fəlakət nəticəsində 60 mindən çox ev və obyekt elektrik enerjisiz qalıb. Enerjisiz qalanlar arasında 3 xəstəxana da var, lakin tibb müəssisələri ehtiyat generatorlar vasitəsilə fəaliyyətini davam etdirir.
190-dan çox reys təxirə salınıb. Hawaiian Airlines və Alaska Airlines daxil olmaqla bir neçə aviaşirkət sərnişinlər üçün güzəştli şərtləri elan edib.
Big Island-da ən azı 19 binanın damı uçub, Naalehu bölgəsində isə daşqın səbəbindən 2 ev tamamilə dağılıb.
Qasırğa ilə birlikdə 250-500 mm arası yağış yağıb. Mütəxəssislərin proqnozuna görə, bazar günü güclü yağış və külək Ştatın ən çox əhalisi olan Oahu adası və Kauai bölgəsinə doğru irəliləyəcək.
Havay qubernatoru ştatda fövqəladə vəziyyət elan edib. Fövqəladə hallar xidmətləri növbəti 36 saat ərzində xilasetmə işlərini davam etdirəcək. Zərərin qiymətləndirilməsinə isə bazar ertəsi başlanacağı gözlənilir.
Baxış sayı:81
Bu xəbər 16 Avqust 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















