ABŞ da seçki şoku yaşana bilər
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
3 noyabr 2026-cı ildə Birləşmiş Ştatlarda ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senata keçirilən aralıq seçkiləri ölkənin növbəti dövr üçün siyasi xəritəsini müəyyənləşdirir. Qərb mediasında və aparıcı "mainstream" mətbuatda Demokratların hər iki palatada böyük üstünlük qazanacağı barədə verilən proqnozlar fonunda, ekspertlər və siyasi müşahidəçilər tamam fərqli bir mənzərənin də ortaya çıxa biləcəyini istisna etmirlər.
Bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində paylaşıb. Onun sözlərinə görə, seçki öncəsi sorğularda Demokratların açıq-aşkar favorit göstərilməsi həmin partiyanın seçiciləri arasında "arxayınlıq effekti" yarada bilsə də, bu vəziyyət Respublikaçılar üçün güclü mobilizasiya imkanına çevrilib:
“Son 4-5 ay ərzində formalaşdırılan bu təbliğat mühiti Respublikaçı seçicilərin məntəqələrə daha kütləvi axın etməsinə gətirib çıxara bilər. Dominos pizza
Nümayəndələr Palatasında Demokratların az fərqlə üstünlük qazanacağı gözlənilsə də, Senatda əsl başa-baş mübarizə gedir. Hazırda Senatda çoxluğu əlində saxlayan Respublikaçılar əsas həssas ştatlarda fəallığı artırmaqla gözləniləndən daha güclü müqavimət göstərirlər. Seçki bülletenlərinin sayılması prosesi davam etdikcə, mediada yaradılan ilkin təəssüratın əksinə olaraq Respublikaçıların mövqelərini qoruması və ya gözləniləndən daha minimal fərqlə nəticə əldə etməsi gözlənilən ssenarilər sırasındadır”.
Cəlalə Cəlalqızı
Baxış sayı:61
Bu xəbər 03 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















