Icma.az
close
up
RU
Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yaddaşı: qəhrəmanlıq, qürur və milli kimlik” mövzusunda elmi-mədəni tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor İnstitutu “Folklor” studiyasının hazırladığı “44 günün Zəfər dastanı” sənədli filmi nümayiş olunub. Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudovu və Qarabağ qazisi Süleyman Heydərovun timsalında Vətən uğrunda döyüşmüş insanlara ehtiramını ifadə edib. Hikmət Quliyev Zəfər Gününün Azərbaycan dövlətçiliyi və xalqımızın tarixi yaddaşı baxımından əhəmiyyətinə toxunaraq bildirib ki, 2020-ci ildə qazanılan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən mühüm tarixi hadisədir. Bu Qələbə, eyni zamanda, təxminən otuz il davam edən işğalın xalqımızın ictimai şüurunda və milli yaddaşında yaratdığı ağır mənəvi yükün aradan qaldırılması baxımından yeni mərhələnin başlanğıcı olub.

İnstitut direktoru xatırladıb ki, tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin, məqsədyönlü hərbi-siyasi strategiyanın, Azərbaycan Ordusunun peşəkarlığının və xalq-dövlət birliyinin məntiqi nəticəsidir. Bu Qələbənin təməlində şəhidlərin fədakarlığı, qazilərin qəhrəmanlığı və hərbi qulluqçuların döyüş əzmi dayanır. İnstitut direktoru vurğulayıb ki, Zəfərdən sonrakı dövrdə milli maraqların qorunması, tarixi yaddaşın yaşadılması, informasiya və ideoloji müstəvidə baş verən proseslərə ayıq-sayıq münasibət göstərilməsi xüsusi aktuallıq kəsb edir. Şəhidlərin xatirəsinə ehtiram yalnız anım mərasimlərində deyil, elmi araşdırmalarda, ictimai düşüncədə və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında da yaşadılmalıdır.

Daha sonra Vətən müharibəsi qəhrəmanı Cavid Behbudov qarşılaşdığı çətinlikləri və döyüş yoldaşları ilə bağlı xatirələrini bölüşüb. Çıxışında müharibə zamanı şəhid olmuş silahdaşlarını da yad edən Cavid Behbudov tarixi Qələbənin əldə olunmasında ən böyük payın şəhidlərə məxsus olduğunu bildirib.

Tədbirdə Qarabağ qazisi Süleyman Heydərov da çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixindəki yeri və milli qürurun bərpasındakı rolundan danışıb. O, tarixi Qələbənin yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də xalqımızın özünəinamının və milli qürurunun bərpası baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb. Qələbənin əldə olunmasında hərbi güclə yanaşı, dövlətin ardıcıl diplomatik fəaliyyətinin və xalq-dövlət birliyinin də mühüm rol oynadığını qeyd edən Süleyman Heydərov Prezident İlham Əliyevin beynəlxalq müstəvidə həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O, müharibə dövründə cəmiyyətin müxtəlif təbəqələrinin – yaşlıların, gənclərin və məktəblilərin dövlət və ordu ətrafında birləşməsini milli həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirib. Süleyman Heydərov, həmçinin hərbi xidmətindən və ixtisasından bəhs edərək partlayıcı maddələrin və qurğuların zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərdiyini bildirib. Müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükələrin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Ağdam rayonunda xidməti fəaliyyəti zamanı mina partlayışı nəticəsində görmə qabiliyyətini və bədəninin bir hissəsini itirdiyini qeyd edib.

Daha sonra şəhid mayor Vüsal Vəliyevin qardaşı, Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev çıxış edərək qardaşının həyat və hərbi xidmət yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb. Tədbirdə, həmçinin Folklor İnstitutunun əməkdaşları –Atəş Əhmədli, Ləman Süleymanova, İlhamə Qəsəbova və “Folklor” studiyasının rəhbəri Mahir Ordubadi çıxış ediblər. Onlar Zəfər Gününün tarixi yaddaşımızdakı yeri, Vətən müharibəsinin Azərbaycan cəmiyyətində yaratdığı dəyişikliklər və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri