Icma.az
close
up
RU
ABŞ da süni intellekt üzrə beş yeni data mərkəzi yaradılıb

ABŞ da süni intellekt üzrə beş yeni data mərkəzi yaradılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Texnologiya nəhəngləri – “OpenAI”, “Oracle” və “SoftBank” ABŞ-da infrastruktur platforması olan “Stargate”in bazasında beş yeni süni intellekt (AI) data mərkəzi yaradıblar. Bu barədə həmin şirkətlərin rəhbərləri məlumat veriblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yeni mərkəzlər ABŞ-ın Texas ştatındakı Abilene şəhərində yerləşən əsas kampus və “CoreWeave” ilə davam edən layihələrlə birlikdə “Stargate”in planlaşdırılan gücünü təxminən 7 giqavata çatdıracaq və ümumi sərmayə üç il ərzində 400 milyard dolları ötəcək.

Açıqlamaya görə, bu, şirkətlərin 2025-ci ilin sonuna qədər 10 giqavatlıq hədəfə çatmaq üçün atdığı mühüm addımdır.

İyul ayınd “OpenAI” və “Oracle” 4,5 giqavata qədər əlavə “Stargate” tutumunun yaradılması barədə razılığa gəliblər. Bu tərəfdaşlığın beş il ərzində 300 milyard dollardan çox sərmayə cəlb edəcəyi gözlənilir.

Yeni mərkəzlərdən üçü Texasın Şakelford qraflığında, Nyu-Meksikodakı Doña Ana qraflığında və tezliklə elan ediləcək Midvest məkanında yerləşir. Abilin sahəsinin yaxınlığında 600 meqavat da əlavə oluna bilər.

Bu layihələrin ölkə daxilində 25 mindən çox iş yeri yaradacağı bildirilir. Texnologiya nəhəngləri qeyd edirlər ki, daha çox iş yerinin açılması da mümkündür.

“SoftBank” və “OpenAI” tərəfindən hazırlanmış digər iki data mərkəzinin 18 ay ərzində 1,5 giqavata çatacağı gözlənilir. Onlardan biri Ohayo ştatının Lordstaun şəhərindədir və burada gələn il istifadəyə verilməsi gözlənilən qabaqcıl data mərkəzinin tikintisinə başlanılıb. İkincisi Texasın Milam qraflığında yerləşir və sürətli yerləşdirmə obyekti üçün infrastrukturu təmin edən “SoftBank Group”un törəmə şirkəti olan “SB Energy” tərəfindən qurulacaq.

Bu mərkəzlərin yaradılması AI-nin inkişafını sürətləndirmək, onun genişlənmə qabiliyyətini artırmaq və xərcləri azaltmaq məqsədi daşıyır. Yeni mərkəzlər, həmçinin 500 milyard dollarlıq investisiya hədəfinin aşıldığı üçün ABŞ-da daha çox şəbəkənin olacağı gözlənilən planların birinci mərhələsidir.

“Oracle” tərəfindən hazırlanmış yeni “Stargate” şəbəkələri artıq bu şirkətin bulud infrastrukturunda aktiv olan Abilene kampusuna qoşulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri